Icma.az
close
up
RU
Prezidentin çıxışında Ramiz Mehdiyev izi: gizlinlər üzə çıxır Yığılan pulların həcmi...

Prezidentin çıxışında Ramiz Mehdiyev izi: gizlinlər üzə çıxır Yığılan pulların həcmi...

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Noyabrın 12-də Prezident İlham Əliyev yeni icra başçılarını qəbul edərkən ölkədə məmur özbaşınalığı və korrupsiya ilə bağlı ciddi narahatlıqları gündəmə gətirib. Dövlət başçısı bildirib ki, illər boyu bəzi yüksək vəzifəli şəxslər aşağı ranqlı məmurlara qanunsuz göstərişlər verib, büdcə vəsaitlərinin talanmasına şərait yaradıb və böyük həcmdə vəsaitlərə nəzarəti ələ alıblar. Bu sistem təkcə korrupsiya kimi görünən xırda mexanizmlərlə məhdudlaşmayıb, böyük məbləğlərə nəzarət edən şəxslərin dövlət üçün təhlükəyə çevrilməsi riski də yaranıb. Ramiz Mehdiyevin hadisəsində bunun izləri açıq görünür. Bildirilir ki, böyük vəsait olmasa, heç bir məmur dövlət quruluşunu dəyişmək kimi avantüraya cəhd etməzdi.

Bəs illər ərzində oğurlanmış, qeyri-rəsmi kanallarla toplanmış “qara pullar”ın həcmi nə qədərdir? Azərbaycanda bu gizli dövriyyə barədə təxmini hesablamalar varmı?

Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirov deyib ki, Prezident son qəbulunda həm yeni təyin olunan, həm də hazırda vəzifə daşıyan bütün məmurlara ciddi xəbərdarlıq edib:

“Ölkə başçısı qanunsuz varlanma niyyətinin hansı ağır nəticələrə səbəb olduğunu xatırladıb. Prezidentin bu xəbərdarlıqları artıq real praktikada da təsdiqini tapıb. Bir çox mərkəzi, yerli icra hakimiyyəti rəhbərləri, eləcə də digər vəzifəli şəxslər korrupsiya və digər qanunsuz əməllərə görə məsuliyyətə cəlb ediliblər. Dövlət uzun müddət ərzində yetişdirdiyi kadrın cinayət məsuliyyətinə cəlb olunmasında maraqlı deyil. Çünki bir kadrın hazırlanmasına həm vaxt, həm də vəsait sərf olunur. Lakin bu, qanunsuz əməllərə görə cəzasızlıq demək deyil. Əgər faktlar məhkəmədə sübut olunursa, həmin şəxsin əmlakı müsadirə olunur və dövlət büdcəsinə keçirilir. Amma illər ərzində müxtəlif yollarla formalaşmış gizli dövriyyənin təxmini miqdarı barədə rəsmi və ya qeyri-rəsmi hesablama mövcud deyil”.

Xəyal Bəşirov

Hüquqşünas qeyd edib ki, qanunsuz varlanma və korrupsiya ilə bağlı məsələlər Cinayət Məcəlləsinin 33-cü fəslində, 308-ci maddədən 314-cü maddəyə qədərki hissəni əhatə edir:

“Bu fəsildə vəzifə səlahiyyətlərinin aşılması, sui-istifadə, səhlənkarlıq, vəzifə saxtakarlığı, rüşvət alma və satınalma qaydalarının pozulması kimi cinayətlər, o cümlədən onlara görə nəzərdə tutulan ağır cəzalar göstərilir. Bu cinayətlərin bir hissəsi ağır və xüsusilə ağır cinayətlər kateqoriyasına daxildir və uzunmüddətli azadlıqdan məhrumetmə ilə nəticələnir. Belə halların hər birində məmurlar şəxsi maraqlarını dövlətin və vətəndaşların maraqlarından üstün tutaraq qanunsuz addımlar atırlar. Prezidentin dəfələrlə etdiyi xəbərdarlıqlar və həyata keçirilən antikorrupsiya tədbirləri göstərir ki, bu mübarizə davamlı xarakter daşıyır”.

Ləman İmran
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 Noyabr 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri