Icma.az
close
up
RU
Ramiz Mehdiyev kimlərlə görüşüb? ARAŞDIRMA+FOTOLAR

Ramiz Mehdiyev kimlərlə görüşüb? ARAŞDIRMA+FOTOLAR

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, akademik Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb olunub, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Ekspertlər hesab edirlər ki, bu qərar vaxtilə Azərbaycanda hakimiyyət daxilində özünə yer edən, vəzifədən uzaqlaşdırılandan sonra da fəaliyyətlərini davam etdirən Rusiyanın casus şəbəkəsi və təsir qüvvələrinə qarşı mübarizə istiqamətində atılan həlledici addımdır. Bəs R.Mehdiyev vəzifədə olanda daha çox hansı ölkənin rəsmiləri ilə görüşüb?

“Yeni Sabah” bununla bağlı araşdırma aparıb. Toyuqlu pizza

Araşdırma onun Prezident Administrasiyasının rəhbəri olduğu dövrün son 5 ilini (2014-2019) və AMEA-nın prezidenti olduğu dövrü əhatə edir (2019-2022). Yazıda açıq mənbələrdə olan rəsmi informasiyalardan istifadə olunub.

2014

İyunun 19-20-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində Təhlükəsizlik məsələləri üzrə yüksək nümayəndələrin V Beynəlxalq görüşü keçirilib.

Azərbaycan Respublikasının nümayəndə heyətinə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev başçılıq edib.

Səfər çərçivəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov, Baş nazir İldar Xalikov, Tatarıstan Respublikası Prezidenti Aparatının rəhbəri Asqat Səfərov, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev (hazırda Rusiya Prezidenti Vladimir Putinin köməkçisi-red.) və katibin müavini Rəşid Nurqaliyevlə ikitərəfli görüşlər keçirib.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşdə ikitərəfli əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib.

Sentyabrın 26-da Moskvada Müstəqil Dövlətlər Birliyinin üzvü olan dövlətlərin təhlükəsizlik şuraları katiblərinin ikinci görüşü keçirilib.

Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri səfər çərçivəsində Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ilə görüşüb. Görüşdə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Oktyabrın 2-də Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarının şərəfinə oktyabrın 2-də “Fairmont Baku” mehmanxanasında rəsmi ziyafət verilib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, sabiq prezidentlər və Nobel mükafatı laureatları ziyafətdə iştirak ediblər.

2015

Oktyabrın 8-də Bakıda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XVIII iclası keçirilib.

İclasda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın təhlükəsizlik və xüsusi xidmət orqanlarının nümayəndə heyətləri iştirak edib.

İclası giriş sözü ilə oz zamanki milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudov açıb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tədbirdə iştirak edib.

2016

Mayın 23-25-də Rusiya Federasiyasının Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərində təhlükəsizlik məsələlərinə kuratorluq edən yüksək nümayəndələrin VII beynəlxalq görüşü keçirilib. Tədbirdə dünyanın 75 ölkəsinin nümayəndələri iştirak ediblər.

Görüşdə Azərbaycan nümayəndə heyətinə başçılıq edən Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev məruzələrlə çıxış edib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri səfər çərçivəsində Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, habelə Belarus, Macarıstan və Rumıniya nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirib.

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovla görüşdə Azərbaycan ilə Çeçenistan arasında dostluq münasibətləri xüsusi qeyd edilib, bu münasibətlərin daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşdə təhlükəsizlik şuraları xətti ilə ikitərəfli əməkdaşlığın genişləndirilməsi mövzusu müzakirə edilib.

Mayın 23-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ölkəmizdə rəsmi səfərdə olan Çin Xalq Respublikası Sədrinin xüsusi nümayəndəsi, Kommunist Partiyası Siyasi Şurasının üzvü, Mərkəzi Komitəsinin siyasi və hüquqi məsələlər komissiyasının katibi - Təhlükəsizlik Şurasının katibi Menq Jianzunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev mayın 31-də ölkəmizdə səfərdə olan Əfqanıstan İslam Respublikasının Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmar ilə görüşüb.

Noyabrın 16-da Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri Təhlükəsizlik şuraları katiblərinin illik iclası keçirilib.

Ölkəmizi iclasda Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi Ramiz Mehdiyev, Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov təmsil ediblər.

2017

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev noyabrın 22-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilmiş MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin beşinci görüşündə iştirak edib.

Tədbir çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, həmçinin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və katibin müavini Rəşid Nurqaliyev, habelə Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas ilə ikitərəfli görüşlər keçirib.

Noyabrın 24-də Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev təhlükəsizlik sahəsində Rusiya-Azərbaycan əməkdaşlığının cari məsələlərini müzakirə edib və iki dövlətin təhlükəsizlik şuralarının, hüquq mühafizə orqanlarının və xüsusi xidmətlərinin ekspertləri səviyyəsində daimi informasiya mübadiləsini və məsləhətləşmələr aparılmasını nəzərdə tutan əməkdaşlıq planını imzalayıblar.

2018

Aprelin 25-də və 26-da Soçidə təhlükəsizlik məsələlərinə nəzarət edən yüksək vəzifəli nümayəndələrin 9-cu Beynəlxalq görüşü keçirilib.

Görüşdə ölkəmizi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov və Prezident Administrasiyasının sektor müdiri Otari Qvaladze təmsil ediblər.

Tədbir çərçivəsində Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşüb. Nikolay Patruşev qeyd edib ki, Azərbaycanla Rusiya arasındakı əlaqələrin inkişafında xidmətlərinə görə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Rusiyanın “Şərəf” ordeni ilə təltif edilməsinə dair sərəncam imzalayıb. Nikolay Patruşev sərəncamı və ordeni Ramiz Mehdiyevə təqdim edib.

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Rusiya Prezidentinin ona göstərdiyi yüksək diqqətə görə təşəkkürünü bildirib. Vurğulayıb ki, Rusiya-Azərbaycan əlaqələri dinamik inkişaf edir, ölkələrimiz arasında daim dialoq aparılır və bu işdə dövlət başçılarının mühüm rolu var.

Ramiz Mehdiyevin Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas ilə görüşündə regionda və dünyada vəziyyət və təhlükəsizlik məsələləri təhlil olunub, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

İyunun 13-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev Qazaxıstan Prezidenti Administrasiyası Dəftərxanasının rəhbəri Mahmud Kasımbekovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Noyabrın 21-də Moskvada MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin VI görüşü keçirilib.

Görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

R.Mehdiyev tədbirdə məruzə ilə çıxış edib, müzakirə olunan sahələr üzrə Azərbaycan Respublikasının müsbət təcrübəsi barədə məlumat verib.

Prezident Administrasiyasının rəhbəri həmçinin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas ilə təhlükəsizliyin təmin edilməsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.

2019

İyunun 18-də Moskvada Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ilə görüşüb.

Bu barədə jurnalistlərə Rusiya Təhlükəsizlik Şurası Aparatının mətbuat katibi Yevgeni Anoşin məlumat verib. O bildirib ki, iyunun 18-də təhlükəsizlik məsələlərinə nəzarət edən yüksək vəzifəli şəxslərin Rusiyanın Ufa şəhərində keçirilən X beynəlxalq görüşü çərçivəsində baş tutan ikitərəfli görüşdə güc və xüsusi xidmət idarələrinin qarşılıqlı fəaliyyəti, eləcə də bu ilin sonunadək təhlükəsizlik sahəsində əməkdaşlıq planı müzakirə olunub.

İyunun 18-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 18-də təhlükəsizlik məsələlərinə nəzarət edən ali nümayəndələrin 10-cu beynəlxalq görüşündə iştirak edib.

Tədbir çərçivəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas, Moldova Respublikası Ali Təhlükəsizlik Şurasının katibi Artur Qumenyuk və Qırğız Respublikası Təhlükəsizlik Şurasının katibi Dəmir Saqınbayev ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə Təhlükəsizlik şuraları xətti üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.

Sentyabrın 18-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ölkəmizdə səfərdə olan Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas ilə görüşüb.

Ramiz Mehdiyevin AMEA prezidenti kimi keçirdiyi görüşlər

Oktyabrın 28-də AMEA prezidenti Ramiz Mehdiyev Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, akademik Taliya Xabriyeva ilə görüşüb.

Noyabrın 16-da AMEA-da İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Əbuzər İbrahimi Türkmanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Noyabrın 18-də AMEA prezidenti Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti Roin Metreveli ilə görüşüb.

Noyabrın 20-də Ramiz Mehdiyev görkəmli yazıçı Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri və kötücəsi Pşemislav Cavanşiri qəbul edib.

Dekabrın 27-də AMEA prezidenti “Clarivate Analytics” şirkətinin Rusiya və MDB ölkələri üzrə icraçı direktoru Oleq Utkini qəbul edib.

2020

Yanvar 15-də Ramiz Mehdiyev Strasburq Universitetinin rektoru Mişel Deneken, nümayəndə heyəti və Fransanın səfiri Zakari Qros ilə görüşüb.

Fevral 7-də AMEA prezidenti Ramiz Mehdiyev Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə nümayəndəsi Mixail Şvıdkoyu qəbul edib.

Mart 3-də Ramiz Mehdiyev “Sandro Teti” nəşriyyat evinin rəhbəri Sandro Teti və memar Laura Peretti ilə görüşüb.

Mart 10 AMEA prezidenti İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari ilə görüş keçirib.

İyulun 27-də AMEA prezidenti Ramiz Mehdiyev Fransanın Azərbaycandakı səfiri Zakari Qros ilə görüşüb, elmi əlaqələrin inkişafı müzakirə olunub.

2022

Fevral 7-də AMEA prezidenti Ramiz Mehdiyev TÜBİTAK-ın başqanı Prof. Dr. Hasan Mandalı qəbul edib. Görüşdə Azərbaycan və Türkiyə arasında elmi əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Qeyd edək ki, Ramiz Mehdiyev 2002–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019–2022-ci illərdə isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifələrində çalışıb. Onun barəsində başlanmış cinayət işi ilə bağlı istintaq davam edir.

Xatırladaq ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilən R.Mehdiyev barədə verilən vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:24
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 16 Oktyabr 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see335

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see210

Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək

16 Oktyabr 2025 10:26see193

İsrail də açıqladı: Qəzzada yenidən müharibə başlaya bilər!

16 Oktyabr 2025 00:55see176

Şəkər və yağdan daha pisdir...

14 Oktyabr 2025 21:37see141

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see140

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see137

Britaniya G7 ölkələri arasında ikinci ən sürətlə inkişaf edən iqtisadiyyata sahib olacaq

14 Oktyabr 2025 21:44see136

Trampla Si Cinpinin görüş vaxtı artıq təyin olunub ABŞ rəsmisi

15 Oktyabr 2025 01:01see136

Burak mənfi 3 dərəcədə çəkiliş etdi

14 Oktyabr 2025 20:00see133

Yardımlının Şıxlar kəndində 4 şagird təhsilsiz qalıb? Rəsmi AÇIQLAMA

15 Oktyabr 2025 20:13see132

“Qarabağ”dan getmək üçün hərəkətə keçdi

14 Oktyabr 2025 20:15see132

ABŞ nin Nyu York ştatında ilk dəfə çikunqunya qızdırmasına yoluxma aşkar edilib

16 Oktyabr 2025 00:33see127

Bu bürcün qadınları asan ram olmur

16 Oktyabr 2025 03:21see122

Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçıları Şuşa şəhərinə gəliblər

15 Oktyabr 2025 18:02see121

10 minədək taksinin icazəsi ləğv ediləcək? Video

16 Oktyabr 2025 07:03see121

7 milyard ayrıldı, Ukraynada 500 sığınacaq qurulur

15 Oktyabr 2025 01:22see121

ABŞ də şatdauna son qoymaq cəhdi növbəti dəfə nəticəsiz qaldı

15 Oktyabr 2025 04:46see119

Finlandiyalıların bir çoxu erkən pensiyaya çıxmaq arzusundadır

16 Oktyabr 2025 04:03see119

Şarm əl Şeyx sammiti: Yaxın Şərq üçün yeni tarix

15 Oktyabr 2025 12:20see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri