Icma.az
close
up
RU
Ramiz Mehdiyev məşhur YAP çıdan necə qisas almışdı?

Ramiz Mehdiyev məşhur YAP çıdan necə qisas almışdı?

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Məşhur YAP-çı, Naftalanın keçmiş icra başçısıMusa Musayev sosial şəbəkədə illər öncə Ramiz Mehdiyevin ondan necə qisas alması ilə bağlı paylaşım edib. 

Modern.az Musa Musayevin paylaşımını olduğu kimi təqdim edir:

"Bir məsələni sizlərlə bölüşmək istəyirəm: 2006 - 2010-cu illərdə Naftalan şəhər İcra Hakimiyyətinin başçısı olduğum dövrdə , Prezident İcra Aparatının rəhbəri Ramiz Mehdiyev ildə bir dəfə bütün şəhər və rayon İcra Hakimiyyətinin başçılarını toplayıb tədbirlər keçirirdi. Tədbirlərdə gündəlikdə olan məsələlərlə bağlı məsul şəxslər danışdıqdan sonra Ramiz Mehdiyev zala müraciət edirdi ki, kimin sözü var? Yalnız hər tədbirdə mən əlimi qaldırıb çıxış edirdim və Naftalandakı problemləri deyirdim (O dövürdə işləyən icra başçıları və PA-nın işçiləri bunun şahidi olub).

Tədbirdən sonra mənə yaxın başçılar mənə yaxınlaşıb deyirdilər ki, sən Ramiz müəllimin qarşısında çıxış etdiyinə görə qorxmursan? Məndə cavab verirdim ki, mən niyə qorxmalıyam ki? "Bəlkə sizin probleminiz yoxdur, Naftalanda isə problemlər var: ərazi problemi, qaçqınların problemi, Sanatoriyaların problemi və sairə. Ona görədə imkan yaranıb və mən onları deməliyəm".

2009-cu ilin Dekabrın 15-də Bələdiyyə seçkiləri qabağı bütün rayon və şəhər İcra Hakimiyyətinin başçıları PA-na toplanmışdılar. Ramiz Mehdiyevin sədrliyi ilə keçirilən iclasda YAP-ın icra katibi və müavinləri, MSK-sədri və katibləri, PA-nın bütün şöbə müdirləri toplantıda iştirak edirdilər. Proqram üzrə çıxışlar qurtardıqdan sonra Ramiz Mehdiyev üzünü mənə tutaraq bilirdiki, məndən başqa heç kim cürət edib danışa bilməz və soruşdu : Kimin sözü var? Mən ayağa qalxdım, bildirdim ki, Naftalanda Bələdiyyə seçkiləri baş tutmayacaq - səbəblərini açıqladım. Dairə Seçki Komissiyasındakı qanun pozuntusunu, YAP Naftalan təşkilatındakı daxili problemi və PA tərəfindən mənə olan təzyiqi vurğuladım. Nəhayət, dekarın 23-də Bələdiyyə seçkiləri keçirildi və mən deyənlər öz təsdiqini tapdı. Aidiyyatı qurumlar öz çirkin əməllərini ört basdır etməkdən ötrü, o cümlədən PA-nın məsul şəxsləri, Ramiz Mehdiyev başda olmaqla MSK-na və DSK-na təzyiq edərək Bələdiyyə seçkisini Naftalanda ləğv etdirdilər. Bununla da Ramiz Mehdiyev məndən ikinci qisasını aldı (Birinci hər kəsə bəllidir, 2005-ci ilin noyabrındakı Parlament seçkisi, Binəqədi 8 saylı Dairə - Elşad Abdullayevin rəhmətlik Sevinclə "otverka" məsələsi).

Çoxları üçün maraqlıdır ki, Naftalanda Bələdiyyə seçkiləri niyə ləğv olundu?

Bu da cavab! Çox şeyləri demək istəmirəm, səbəb bəlli!".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Oktyabr 2025 22:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see405

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see401

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see393

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see268

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see266

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see245

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see220

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see180

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri