Ramiz Mehdiyev də YAP dan çıxarılır
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, bu gün hakim Yeni Azərbaycan Partiyasının qurultayı keçirilir.
Qurultayda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbov, sabiq deputatlar Cavid Osmanov və Elşad Mirbəşir İdarə heyətinin üzvlüyündən çıxarılır.
“Cebheinfo.az” xəbər verir ki, oxşar qərarın Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı veriləcəyi də gözlənilir.
Hazırda Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasının (YAP) sıravi üzvü və YAP Veteranlar Şurasının üzvüdür.
O, 2021-ci ilin mart ayına qədər YAP İdarə Heyətinin üzvü olub, lakin partiyanın VII qurultayında bu rəhbər orqandan kənarlaşdırılaraq Veteranlar Şurasına keçirilib.
2025-ci ilin oktyabr ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən dövlətə xəyanət və hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamları ilə barəsində cinayət işi açıldıqdan və ev dustaqlığına məhkum edildikdən sonra onun partiyadakı fəaliyyəti formal xarakter daşıyır.
Ramiz Mehdiyevin cinayət işi üzrə ilk məhkəmə iclası 21 sentyabr 2026-cı il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib. Növbət proses ktabrın 5-ə təyin edilib.
YAP rəsmilərinin və partiya təmsilçilərinin son bəyanatlarına əsasən, Ramiz Mehdiyevin törətdiyi iddia olunan cinayət əməllərinə və partiya nizamnaməsini pozmasına görə yaxın vaxtlarda (keçirilməsi planlaşdırılan YAP-ın VIII qurultayında və ya İdarə Heyətinin iclasında) həm Veteranlar Şurasından, həm də ümumiyyətlə, partiya sıralarından tamamilə xaric ediləcəyi gözlənilir.
Xatırladaq ki, Ramiz Mehdiyev barəsində 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb. R.Mehdiyevə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət) və 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddələri ilə ittiham verilib.
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 02 Oktyabr 2026 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















