YAP ın veteranları toplaşdı: Ramiz Mehdiyev dəvət edilmədi FOTO
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yanvarın 23-də Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurasının iclası keçirilib.
Modern.az-ın məlumatına görə, YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib ki, iclasın gündəliyinə YAP Veteranlar Şurasının 2024-cü ildə fəaliyyətinin yekunları və 2025-ci il üçün Tədbirlər Planının müzakirəsi daxildir.
İclasda YAP Veteranlar Şurasının sədr müavini Sədaqət Qəhrəmanova, Şuranın üzvləri Dilarə Seyidzadə, Zərifə Quliyeva, Adilə Abasova, Əli Həsənov, Tahir Quliyev, Şahlar Əsgərov, Vahid Novruzov, Urxan Ələkbərov, Xeyrəddin Qoca və Zahid Xəlilov çıxış ediblər.
İclasda 2025-ci ilin Tədbirlər Planı ilə bağlı fikir və təkliflər səsləndirilib, müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.
Diqqət çəkən məqam ondan ibarət olub ki, şura üzvlərindən Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev iclasa dəvət edilməyib. Bakının sabiq icra başçısı Hacıbala Abutalıbov da toplantıda iştirak etməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 23 Yanvar 2025 16:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















