Icma.az
close
up
RU
Ramiz Mehdiyevin aqibəti bütün xəyanətkarlara dərs olmalıdır

Ramiz Mehdiyevin aqibəti bütün xəyanətkarlara dərs olmalıdır

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


Bəzi təhlilçilər FETÖ ilə Ramiz Mehdiyevin şəbəkəsini müqayisə edərkən ikincinin FETÖ qədər təhlükəli olmadığını hesab edirlər. Zənnimizcə, bu, doğru-düzgün yanaşma deyil. Çünki FETÖ ilə Mehdiyev şəbəkəsinin elə də böyük fərqi yoxdur. İkisi də dövlətçilik üçün eyni dərəcədə təhlükəlidir. Başqa sözlə desək, FETÖ qardaş Türkiyə Cümhuriyyəti üçün nə qədər ciddi təhdid mənbəyi idisə, Mehdiyev şəbəkəsi də Azərbaycan dövlətçiliyi üçün bir o qədər təhlükəlidir. Odur ki, Ramiz Mehdiyev və onun əlaltılarının xəyanətkar əməllərinin miqyasını qətiyyən kiçiltməməliyik.
Ramiz Mehdiyev Azərbaycan “FETÖ”-sunun qurucusu, memarıdır. Onun rəhbərliyi altında formalaşmış Azərbaycan "FETÖ"-su dövlət içində dövlət qurmağı qarşısına məqsəd qoyaraq, hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərə yol verib və bu istiqamətdə mütəşəkkil dəstə kimi, şəbəkə kimi fəaliyyət göstərib. Ramiz Mehdiyev özünü Azərbaycanın ”Fətullah Gülən"i kimi aparırdı, eynilə onun kimi paralael dövlət qurmağa çalışırdı. Onun adamları faktiki olaraq bütün sahələrə (parlament, nazirliklər, icra hakimiyyətləri, siyasi partiyalar, QHT-lər, media və s.) sızmışdılar. Ramiz Mehdiyevin "Milli" Şura və AXCP liderlərinin vasitəsilə dövlət hakimiyyətinin zorla ələ keçirilməsi istiqamətində atdığı addımlar da bunu təsdiqləyir.
"Müxalifət" adı altında fəaliyyət göstərən radikal siyasi qüvvələrin Mehdiyev şəbəkəsində yer alması Ramiz Mehdiyevin 2025-ci ilin avqust-sentyabr aylarında tərtib etdiyi və Əli Kərimliyə göndərdiyi dövlət hakimiyyəti əleyhinə gizli fəaliyyət istiqamətlərini özündə ehtiva edən “Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər” adlı planın tərkib hissəsi olub. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bu yaxınlarda yaydığı məlumatla bütün bu kirli planların üstü tam açıldı. Sözügedən məlumatda yer alan faktlar onu göstərir ki, Azərbaycanda da eynilə Türkiyədəki kimi hakimiyyəti zorla ələ keçirmək üçün planlar cızılırmış. Lakin bu planlar vaxtında deşifrə olundu. Ramiz Mehdiyevin nə 2013-cü ildə, nədəki sonrakı dövrdə ölkədə hakimiyyət çevrilişi həyata keçirmək və Azərbaycanı Kremlin "vassal"ına çevirmək planları baş tutmadı. Onun "xaç ata"lığı ilə formalaşdırılmış şəbəkənin ifşa edilib zərərsizləşdirilməsi istiqamətində işlər isə davam etdirilir.
Ramiz Mehdiyev və onun xəyanət şəbəkəsinin əməlləri cəzasız qalmayacaq. Artıq heç kimə sirr deyil ki, bu əməlləri ilə Ramiz Mehdiyev dövlət hakimiyyətinin xarici xüsusi xidmət orqanlarının köməyi ilə ələ keçirilməsi və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərə yol verib, xarici dövlətin nümayəndələrinə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd kömək etməklə dövlətə xəyanət edib. Ancaq keçmiş "boz kardinal"ın Azərbaycanda öz "FETÖ"-sunu yaratmaq və hakimiyyətə yiyələnmək cəhdləri sonda iflasa uğradı və bu da labüd idi. Ramiz Mehdiyevin aqibəti bütün xəyanətkarlara dərs olmalıdır.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 17 Fevral 2026 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see282

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see270

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see261

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see257

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see255

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see241

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see240

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see239

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see235

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see231

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see221

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see218

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see218

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see217

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see212

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see211

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see207

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see205

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see199

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri