Icma.az
close
up
RU
Ramiz Mehdiyevin həbs olunması Azərbaycan dövlətinin ayıq sayıq olmasını göstərir

Ramiz Mehdiyevin həbs olunması Azərbaycan dövlətinin ayıq sayıq olmasını göstərir

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


"Ramiz Mehdiyev sovetlər dönəmində Moskva Dövlət Universitetində oxumuş və aspirantura təhsili almış, fəal komsomol katibi kimi Rusiyanın Azərbaycanda xüsusi diqqət mərkəzində saxladığı kadrlardan biri olub. Müstəqillik dövründə isə 1995-ci ildən etibarən Prezident Adminstrasiyasının rəhbəri, 2009-cu ildən isə Prezident Adminstrasiyası adlı qurumun rəhbəri vəzifəsində çalışmışdır və bir çox elmi-təskilatlarda mühüm rola malik bir Azərbaycan siyasətçisidir. Onun ictimai-siyasi fəaliyyəti dövrünə nəzər salsaq, Rusiyanın Azərbaycanda xüsusi təsir mexanizmini qoruyub saxlamaq və bu istiqamətdə daha çox dövlət və hökumət strukturlarına öz kadrlarını yerləşdirməklə daha çox gücə sahib olmağa cəhd olunduğunu görərik".
Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O deyib ki, Ramiz Mehdiyev 2018-ci ildə Rusiya Prezidenti tərəfindən "Şərəf Ordeni" ilə təltif olunub:
"Uzun müddət hakimiyyət aparatının rəhbəri vəzifəsində çalışması, ona böyük nüfuz sahibi olmasına səbəb olmuşdur və paralel olaraq Rusiya ilə açıq və gizli şəkildə əməkdaşlıq əlaqələri, heç şübhəsiz ki, ona ölkədə istədiyini edə bilər vəsvəsəsi vermişdir. Ramiz Mehdiyevə qarşı irəli sürülən "dövlət hakimiyyətini zorla ələ keçirməyə yönəlmiş hərəkətlər" cinayət əməlləri, onun yuxarıda qeyd etdiyim xüsusiyyətləri özündə əks etdirməsi ilə öz əksini tapır və "dövlətə xəyanət" maddəsi, onun yürütdüyü "siyasətin" elementləri arasında yer alıb. Ramiz Mehdiyevin Rusiyadan təlimatlar alması və rusiyapərəst qüvvələrə göstəriş verməsi əlbətdə ki, mümkün variantlardan biridir və bu istintaqın gedişi zamanı məlum olacaq. Ramiz Mehdiyevin həbs olunması Azərbaycan dövlətinin ayıq-sayıq olmasını göstərir və "Rusiyanın onu ələ verməsi" iddiası sosial şəbəkələrdə öz əksini tapsa da, rəsmi təsdiqi yoxdur. Bu baxımdan Azərbaycan dövlətinin güc strukturlarının bu məsələdə peşəkar fəaliyyəti əsas verir ki, deyək, gec-tez bütün cinayətkarlar öz layiqli cəzalarını alacaqlar".
Ekspert bildirib ki, Ramiz Mehdiyev Azərbaycan siyasətinin mərkəzində yer alıb və çox böyük fiqurdur:
"Onun çevriliş planı baş tutsaydı (əlbətdə ki, əgər belə plan olubsa. Hazırda bu bir iddiadır) nəticələr ölkənin siyasi, iqtisadi və geosiyasi kursunda ciddi şəkildə dəyişikliklər yarada bilərdi. Çünki, o uzun illər "ideoloji beyin" olaraq dövlətin mərkəzində yer alıb və bu, hüquq mühafizə orqanlarının peşəkarlığı xaricində, onun cevriliş planı uğurlu olma ehtimalını istisna etmir və hətta kölgə hökumət kabineti belə, əksəriyyəti sabiq nazir və hökumət nümayəndələri tərəfindən hazırlanmış olaraq vəziyyəti nəzarətdə saxlayıblar. Bu adamların tamamı hakimiyyət hərisləri və Mehdiyevin dünyagörüşü ilə üst-üstə düşən avtoritar ideoloji nəzarətə söykənən, Qərb idarəetmə sistemi dəyərlərindən uzaq, daha çox Rusiya modelini tərcih edən sabiq nazir və məmurlardır".
Çingiz Şahbazi qeyd edib ki, çirkin planları üçün ölkədəki sabitliyin pozulmasına səbəb ola biləcək bütün addımları atmağa hazır olan bu zümrə, vaxtında durdurulmasaydı, qısamüddətli belə xaos qaçınılmaz ola bilərdi:
"Doğrudur, Ramiz Mehdiyev cəmiyyətdə geniş xalq dəstəyi olan fiqur deyil, amma, görünən odur ki, o bu planı strukturlara təsir vasitəsilə edəcəyini planlaşdırıb. Əlbətdə o bütün bunları təkbaşına fikirləşməyib və həyata keçirilməsi üçün xeyli insanlarla ünsiyyət qurub və planlar üzərində müzakirələr aparıb. Bu da onu göstərir ki, istintaq qrupunun hələ bu istiqamətdə çox işlərin üstünü açmaq imkanı olacaq. Bura həmçinin ölkənin müxalifət partiyaları və onların liderlərini də əlavə etmək olar. Çünki, rəsmi məlumat olmasa da, sosial şəbəkələrdə Ramiz Mehdiyev və bəzi müxalifət partiyaları liderləri arasında münasibətlərin olması haqda və onlara nəyinsə müqabilində tapşırıq və göstərişlər verməsi kimi xəbərlərin olduğu məlumatlar var. Bu səbəbdən, baş verən hadisələri tək bir nəfərə bağlamaq doğru deyil. Hesab edirəm ki, hakimiyyət bu hadisədən sonra yenilənmə mərhələsini gözdən keçirməli olacaq. Çünki siyasi reallıqlar bunun vaxtının çatdığını göstərir".
Anar Əliyev
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 20 Oktyabr 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri