Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Ramiz Mehdiyevin istintaqının başa çatma vaxtı AÇIQLANDI

Ramiz Mehdiyevin istintaqının başa çatma vaxtı AÇIQLANDI

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə bağlı istintaq işi davam edir.

2025-ci ilin 14 oktyabrında Ramiz Mehdiyevə Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193–1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri üzrə cinayət işi açılıb və Bakı şəhəri Səbail rayon məhkəməsi onun barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib. 2026-cı ilin 10 fevralında ev dustaqlığı qətimkan tədbiri daha 4 ay uzadılıb.

Modern.az saytı istintaq prosesinin uzadılmasını zəruri edən amilləri, eləcə də prosesin yekunlaşacağı tarixi araşdırıb.

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri, hüquqşünas Əliməmməd Nuriyev saytımıza açıqlamasında bildirib ki, istintaq müddətinin uzadılması irəli sürülən ittihamların xüsusilə ağır cinayətləri ehtiva etməsi ilə əlaqədardır:

“Ramiz Mehdiyev işi çoxepizodlu və mürəkkəbdir. Sübutların toplanması, şahidlərin dindirilməsi, müvafiq istintaq hərəkətələrinin aparılması zaman tələb edir. Zaman-zaman da cinayət işi ilə əlaqədar yeni-yeni hallar meydana çıxır. Həmin halların dəlillərlə sübuta yetirilməsi üçün müddətlər lazımdır. Ona görə də, müddətin uzadılmasının səbəbi bununla bağlıdır. Qanunvericiliklə bu, qadağan edilmir. Ramiz Mehdiyev dövlət çevirilişinə cəhd, hakimiyyətin zorla ələ keçirilməsi kimi xüsusilə ağır cinayətlərlə ittiham olunur. Belə hərəkətlər bir şəxslə tamamlanmır, çox güman ki, cinayətdə xeyli şəxslər iştirak edir. Eyni zamanda, dövlətə xəyanət kimi cinayətlərdə xarici elementlər də olur. Sübutların müəyyən edilib araşdırılması böyük zəhmət tələb edir. Buna görə də istintaq prosesinin uzadılması qanunvericiliyə əsasən normal prosedurdur”.

Ə.Nuriyev qeyd edib ki, istintaq müddəti ümumilikdə 1 il 6 ay müddətində aparıla bilər:

“Cinayət Prossesul Məcəlləsinə görə, istintaq müddəti 12 aya qədər uzadıla bilər. Lakin eyni zamanda ağır, çox mürəkkəb və çoxepizodlu cinayətlərə görə istintaq müddətini daha 6 ayadək uzatmaq mümkündür”.

Hüquqşünas deyib ki, hökm oxunarkən yaş meyarı nəzərə alınmır:

“Xüsusilə ağır cinayətlərə görə məhkəmə tərəfindən ömürlük azadlıqdan məhrum etmə hökmü də verilə bilər. Lakin şəxs 65 yaşdan yuxarıdırsa, bir qayda olaraq ona ömürlük azadlıqdan məhrumetmə cəzası tətbiq edilmir.

Digər tərəfdən, sağlamlıq vəziyyəti ilə bağlı cəzanın təxirə salınması kimi hüquqi institut mövcuddur. Bu məsələnin qiymətləndirilməsi kompleks xarakter daşıyır. Məhkəmə qərar verərkən həm cəzanın növünü müəyyənləşdirir, həm də onun təxirə salınması ilə bağlı ümumi vəziyyəti hərtərəfli dəyərləndirir.

Şəxsin yaşı onun azadlıqdan məhrum edilməsinə mane olmur. Məhkəmə hökm çıxararkən bir sıra amilləri nəzərə alır. Əgər şəxsin sağalmaz və ağır xəstəliyi varsa, cəzanın icrası təxirə salına bilər. Lakin yalnız yaş meyarına əsaslanaraq azadlıqdan məhrumetmə cəzasının tətbiq edilməməsi qanunvericilikdə nəzərdə tutulmayıb.

Hazırda cəzaçəkmə müəssisələrində 70-75 yaş aralığında kifayət qədər məhkum var. Cəzadan azad etmə üçün qanunvericilikdə müəyyən mexanizmlər mövcuddur və bu əsasların olub-olmamasını məhkəmə müəyyən edir. Bu səbəbdən əvvəlcədən konkret qiymətləndirmə aparmaq düzgün olmazdı.

İstintaq peşəkar müstəntiqlər tərəfindən aparılır və ümumilikdə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən nəzarətdə saxlanılır. Bu baxımdan hesab edirəm ki, istintaq hərəkətləri yüksək səviyyədə həyata keçiriləcək və prosesin peşəkarlığına hər hansı şübhə yoxdur”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Aprel 2026 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see330

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see269

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see264

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see257

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see256

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see243

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see235

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see235

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see231

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see231

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see225

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see221

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see219

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see211

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see197

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see196

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see191

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see184

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri