Ramiz Məmmədov lideri məğlub etdikləri oyundan nə danışdı?
Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Mingəçevir" I Liqanın 20-ci turunda evdə lider "Şəfa" ilə qarşılaşıb. Meydan sahibləri turun mərkəzi oyununda böyük hesablı qələbə qazanıb.
"Mingəçevir"in baş məşqçisi Ramiz Məmmədovun paytaxt təmsilçisini 5:2 hesabı ilə yendikləri görüşlə bağlı fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Şəfa" ilə əvvəlki oyunların heç birində xal itirməyə layiq deyildik. İzləyənlər bilir, ilk dövrədə 2:3, ikinci dövrədə 2:2 nəticələnən görüşlərdə başabaş, hətta üstün oynamışdıq. Budəfəki qarşılaşmaya gəlincə, uşaqlar matça əla köklənmişdilər. Hər biri məsuliyyətini başa düşürdü. Tapşırıqları yüz faiz yerinə yetirdilər. Əvəzetmədən oyuna qoşulanlar da ritmə uyğun çıxış etdilər.
"Mingəçevir" potensialına görə 3-4-cü yerdə olmağa layiq deyil. İtirməməli olduğumuz xalları hesablasaq... Obyektiv və subyektiv səbəblərdən qışa qədər işlər yolunda getmədi. Mövsümün ilk yarısını demək olar, 14 futbolçu ilə keçirdik. Ancaq bunlar bəhanə olmamalıdır. Sevindiricidir ki, komanda turdan tura ağırlığını orrtaya qoyur. Növbəti oyunlara da eyni məsuliyyətlə hazırlaşacağıq. Heyətdə 4 itki olsa da, maksimum nəticəyə köklənmişik".
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 05 Aprel 2026 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















