Icma.az
close
up
RU
Rasim Balayev cizgi filmlərini ərsəyə gətirəcək kadr AXTARIR

Rasim Balayev cizgi filmlərini ərsəyə gətirəcək kadr AXTARIR

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Bir neçə gün öncə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev Baş nazir Əli Əsədova müraciət ünvanlayıb.
Müraciətdə uşaq və yeniyetmələrə ünvanlanmış filmlərin sayının yox dərəcəsində olması, son 30 ildə bu istiqamətdə dövlət dəstəyilə cəmi beş tammetrajlı bədii filmin çəkildiyi, uşaq və yeniyetmələrin Azərbaycan kinosunun Qızıl fonduna daxil olan filmlərlə tanışlığının aşağı səviyyədə olduğu qeyd edilib.
Bildirilib ki, bunun nəticəsində yeni nəslin, yad dəyərlərin daşıyıcısı olan, xarici dillərdə çəkilmiş filmlərdən asılılığı artır, milli ruha yad, ana dilini, tarixini kamil bilməyən nəsil formalaşması təhlükəsi yaranır. Sosial şəbəkələrin neqativ rolu bu prosesi daha da gücləndirir.
Bu tendensiyanın qarşısının alınması üçün uşaq və yeniyetmələrə ünvanlanmış, onları ədəbiyyatı, tarixi və qəhrəmanları ilə tanış edən filmlərin çəkilməsi, onların uşaq və məktəblilər arasında təbliğ edilməsi tələb olunur. Bu məsələdə dövlətimizin təhsil və kino siyasətini həyata keçirən aidiyyəti qurumların birgə işinin təşkil edilməsi məqsədilə, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti “Uşaq kinosunun inkişafı” Dövlət Proqramının qəbul edilməsini vacib sayır.
AKİ sədri Dövlət Proqramının qəbul edilməsini vacib edən arqumentləri sadalayaraq, uşaq və yeniyetmələrə ünvanlanmış filmləri çəkən studiyanın yaradılmasını, animasiya filmlərinin istehsalının dəstəklənməsini təklif edib.
Maraqlıdır, bu məsələ reallaşarsa, Azərbaycanda animasiya filmlərini ərsəyə gətirəcək yetərli qədər kadrlar varmı?
Xalq artisti Rasim Balayev Bizim.Media-ya bildirib ki, onun müraciətinə müsbət cavab verilsə və maliyyə ayrılsa, belə filmləri çəkəcək mütəxəssislər az da olsa, var:
“Düzdür, müraciətimə hələlik cavab verilməyib. Təkliflərimiz qəbul edilərsə, kadrlar tapa bilərik. Çünki hər il Rəssamlıq Akademiyasını qurtaran gənclərdən bəziləri gəlib bizdə iki il rejissorluq kurslarında oxuyurlar. Kino İttifaqının nəzdində ali rejissorluq kursları var. Hər dəfə oranı iki-üç nəfər bitirir. Biz bir neçə nəfərə belə diplom vermişik. Ümidimiz var ki, onlar çəkə bilərlər”.
Xalq artisti qeyd edib ki, təbii ki, bu iş üçün həmin kadrlar yetərli deyil:
"Biz həmin müraciətimizdə elə yeni kadrların yetişdirilməsinin vacibliyini də qeyd eləmişik. Bu məsələyə də dəstək lazımdır. Bütün dərdlərimizi ora qeyd eləmişik. Həm filmlərin çəkilməsi, həm təbliğatı, həm də “Azanfilm, “Yaddaş” studiyalarında bazanın yaradılmasını. Bu studiyalara mütləq maddi-texniki yardım olmalıdır. Çünki bu işlər elə-belə olmayacaq”.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 21 Fevral 2025 08:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri