Icma.az
close
up
RU
Rasim Balayevi öldürən zədələr...

Rasim Balayevi öldürən zədələr...

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əvvəli...

Film rejissorun, ssenari müəllifinin əsəridir. Elə aktyorlar da var ki, onlar film içində muxtar bir müəlliflik qazanır... Rasim Balayevin yaratdığı bütün baş rollarda ayrı bir aktyoru təsəvvür etmək, doğrudan da, çətindir. Sənət nümunələrini müqayisə etmək qüsurdur, lakin bu yerdə qüsura baxmayaq: məsələn, “Nəsimi” və “Babək” filmləri uğurlu alındıqdan sonra “Nəsimi”dən ssenari müəllifi kimi İsa Hüseynov, “Babək”dən rejissor kimi Eldar Quliyev “Nizami” filminə cəlb edilir. Lakin “Nizami” özündən əvvəlki tarixi filmlər seriyasındakı uğur silsiləsini davam etdirə bilmir...  Alınmayanda, alınmır... Bəlkə də, “Nizami” filminin uğursuz alınmağının ilk səbəbi şeyx Nizami rolunda Müslüm Moqamayevin oynaması idi...

Dünya kinosuna da baxsaq, nadir akyorların taleyinə bir neçə müsbət tarixi şəxsiyyət obrazı yaratmaq yazılıb. Nəsimi, Babək, Beyrək... Bəlkə də, bu qəhrəmanların heç biri Rasim Balayevə oxşamayıb, ancaq hər üçü Rasim Balayev simasında gözümüzün önünə gəlir və əbədiyyən belə xatırlanacaq.

Rasim Balayevi şanslı aktyor hesab edə bilərik, ancaq onu əbədiyyən yaşadacaq obrazlar ömründən də yeyiblər. Təkcə “Babək” filmində aldığı zədələri ömrünün sonuna kimi canında gəzdirib. Son müsahibələrinin birində həkiminin qənaətindən danışanda deyir ki, onu əldən salan, ölümə aparan ağrıların əksəriyyəti “Babək” filmində aldığı travmalardan qaynaqlanır. Bəlkə də, Babəkdən daha çox atdan yıxılıb, əlini xəncər kəsib. Özü deyir ki, bir dəfə az qala filmdə Şahmar Ələkbərovun başını qılıncla kəsəcəkmiş... Onu faciədən millimetrlər xilas edir...

Bəlkə də, Beyrək həyatda heç vaxt aslanla qarşılaşmayıb, amma Rasim Balayevin yaratdığı Beyrək aslanla döyüşüb. Fəqət, bu bir həqiqətdir ki (nümunəsi Rasim Balayevdən uzaq) bir aktyorun Beyrəyi oynayıb Yalıncığı yaşamaq haqqı var.

Deyim var, qanunları saat kimi işləyən məmləkətlərdə lotular yaranmayıb, çünki qanun işləyən yerdə vətəndaş lotu kimi yaşayır. Qafqaz, Şərq ölkələrində müğənnilərdən, aktyorlardan daha artığı gözlənib. Yəni sən Babəki yaradırsansa, həyatda da Babək olmalısan... Niyə?

Bir aktyor, artist necə Babək ola bilər? Ümumiyyətlə, bu nə çarəsizlikdir? İncəsənətlə məşhurluq qazanan birindən siyasi bəyanatlar gözləmək, ondan ictimai düşüncəyə təsir edəcək fikirlər diləmək köz görüb kabab istəmək qədər uşaqlıqdır. Hansısa bir məşhur sənət adamının xarakterində liderlik varsa, yaxud özünü siyasi arenada görürsə, illah da bir yol tapıb bu qabiliyyətini realizə edəcək. Əks halda sənət adamının əsas borcu cəmiyyəti siyasi-istisadi platformalarda təmsil etmək deyil. O, yalnız mədəni, estetik tərbiyədə vasitəçi ola bilər.

Dünya siyasətində də onlarla şəxs görmüşük ki, siyasi arenanı teatr səhnəsi, film meydançası ilə səhv salıb, sonda özünü də, auditoriyasını da qırğına aparıb. Bu daha pisdir, nəinki yalnız sənətinlə məğul sakitcə Allahın rəhmətinə qovuşmaq. Filmdə ağzından dürr tökülən bir aktorun real həyatda ağzı pendir kəsməyə bilər. Çünki həyatda hər ağzından dürr tökülən də film qəhrəmanı olmur.

Bütün bu nümunələr onu təsdiqləmir ki, Rasim Balayev birmənalı şəkildə ictimai proseslərə qoşulmayan, az aşım, ağrımaz başım deyib həyatını yaşayan şəxs idi, xeyr, o da cəmiyyətə təkcə bədii film kameralarının arxasında, başqa obrazlarda yox, məhz elə Əhməd kişinin oğlu Rasim kimi dəfələrlə müraciət edib, hansısa yanlış hesab elədiyi nəsnəyə etiraz edib. Təəssüf ki, aktyor məhz belə hallarda topa tutulub, adı sosial şəbəkələrdə mənfi şərhlər içində müzakirə edilib. Bu nümunə bir daha göstərir ki, insanları olmadıqları obrazlara sürükləmək, sosial sifarişlərlə onları danışdırmaq heç kəsə başucalığı gətirmir. Rasim Balayevin ən gözəl bacardığı iş tarixi şəxsiyyət obrazları yaratmaq və çəkildiyi filmlərin kadrarxası barədə maraqlı xatirələr bölüşmək idi ki, bunu yaxşı bacaran aktyor da rahatlıqla kino tarixinə düşür.

Yəqin, çoxunuz razı olarsınız ki, qocalan kino camiəmizin sağ qalan ən məşhur siması Rasim Balayev idi. Geriyə kim qalır? Fəxrəddin Manafov, Şəfiqə Məmmədova, Hacı İsmayılov və başqaları...  Təəssüf ki, demoqrafik böhran yaşayan kino xadimləri əksilə-əksilə gedir və yeri dolmur... Bu mırıq reallıqda, əfsus ki, yenə də məşhurlarımızı Nəsimi kimi soyulmamaqda suçlaya bilənlər yox deyil.

Rasim Balayev MDB ölkələrinin hamısında tanınan simamız idi. Almaniyada, İranda, Türkiyədə bədii filmlərdə rol alıb...

Bir dəfə Moskvada sənət yoldaşları ilə gəzişəndə köşkdə satılan bir şəxsin fotosunu görürlər. Dostları zarafatyana deyirlər ki, Rasim, bu eynən sənə oxşayır, gəl bunu alaq. Şəkli alırlar... Bir az zarafatlaşandan sonra görürlər ki, şəklin arxasında Rasim Balayevin adı və bioqrafiyası var...

Sonda... Hər şey unudulsa, yalnız bu epizod Rasim Balayevi və Azərbaycan kinosunu zirvədə saxlayacaq - Azərbaycan kinosundakı bu hayqırtı Rasim Balayevin səsi və siması ilə sovetin üzünə çırpılırdı:

“Zavallı, sən heç vaxt anlamadın ki, azadlıq yanğısı nə deməkdir. O dəhşətli yanğı ki, ürəyi yandırıb külə döndərir. Azadlıq!!! İstər acı olsun, istər şirin. Yalnız o idi məni döyüşdən döyüşə aparan. Elə güman edirdim ki, sən də bu yolun yolçusu olacaqsan. Lakin sən anlamadın ki, bu dünyada bircə gün azad yaşamaq qırx il boyunduruq altında sürünməkdən daha üstündür”.

Sərdar Amin

Xüsusi olaraq “Qafqazinfo” üçün


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 30 Mart 2026 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see636

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see530

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see294

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see266

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see263

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see259

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see256

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see250

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see247

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see210

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see200

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see195

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see193

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see191

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see190

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see184

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see184

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see182

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see179

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri