Icma.az
close
up
RU
Rauf Bünyatəliyev: Azərbaycan bodibildinq və fitnesi Avropanın ən yaxşıları sırasındadır MÜSAHİBƏ FOTO

Rauf Bünyatəliyev: Azərbaycan bodibildinq və fitnesi Avropanın ən yaxşıları sırasındadır MÜSAHİBƏ FOTO

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının prezidenti Rauf Bünyatəliyev İdman.biz-ə müsahibə verib. O, komandamızın Santa Susannada (İspaniya) keçirilən Avropa çempionatındakı uğurlu çıxışını dəyərləndirib. Qitə turnirində komandamız 4 qızıl, 2 gümüş və 6 bürünc medal, İsmayıl Həbiyev və Hidayət Quluzadə isə mütləq çempion adını qazanıblar.

- Avropa çempionatında uğurlu çıxış təkcə qələbə və medalları deyil, həm də mütləq titulları nəzərə alaraq bizim üçün xoş ənənəyə çevrilib. İspaniya səyahəti ilə bağlı təəssüratlarınız necədir?

- Bir neçə mühüm məqamı eyni anda qeyd etmək istərdim. Birincisi, biz ənənəvi olaraq güclüyük və idmançılarımızın əhəmiyyətli bir hissəsi yarışlardan medalla qayıdır. Bəzilərinə qəribə görünə bilər, amma istəyirəm ki, hamı nəhayət başa düşsün ki, Azərbaycan bodibildinq və fitnesi Avropanın ən yaxşılarından biridir. Bu, reallıqdır və biz gələcəkdə də dəstəkləməyə davam edəcəyimiz təməli qoruyacağıq.
İkincisi, qadınların fitnesində çox ciddi irəliləyiş əldə etmişik. Nataliya Tretyakova fit model kateqoriyasında bürünc medal qazanıb, ilk turdan sonra birinci və ikinci yerləri bölüşdürüb. Bu, bizim qadınlar arasında müəyyən ənənələr və gələcək uğurlar üçün yaxşı zəmin yaratmağa başladığımıza dair ciddi mesajdır. Növbəti Avropa çempionatı ilə bağlı artıq müəyyən baxışımız var.

Üçüncü cəhət ondan ibarətdir ki, biz üç ildir kişilər arasında bodibildinq üzrə ümumi birinciliyi heç kimə verməmişik. Fərqli idmançılar həmişə fəxri kürsünün ən yüksək pilləsinə qalxırlar. Bir sözlə, artıq üçüncü ildir ki, Avropanın ən yaxşı bodibilderi Azərbaycan idmançısıdır.

“Muscular Mens Physique” yaranandan bəri bu kateqoriyada beş il ərzində ən güclü adını qoruyub saxlamışıq. Həm də tamamilə fərqli idmançılarla. Üstəlik, Avropa çempionatında debüt edən Hidayət Quluzadə finalda Rusiyanın mütləq çempionuna qalib gəlib.
Bütün bunları yekunlaşdıraraq əminliklə deyə bilərik ki, Azərbaycan bodibildinq və fitnesi gələcəyə doğru geniş və inamlı addımlarla irəliləyir.

İdmançımızın və yaxud ölkəmizın adı açıqlananda bütün iştirakçılar, hakimlər bilirlər ki, onların qarşısındakı güclüdür. Bu çox vacibdir. Biz uzun müddətdir ki, bunun üzərində işləyirik və nəhayət, gəlib bu mərhələyə çatmışıq. İndi hamı bilir ki, Azərbaycan idmançısı səhnəyə çıxsa, yüksək yerlərə ciddi iddialı olacaq.

- Gənc nəslin uğurları da diqqəti cəlb edir. Tərlan Əliyev həm yeniyetmələr, həm də böyüklər arasında «Mens Physique» yarışında birinci olmaqla ikiqat qələbə qazanıb. Əhməd Quluzadə isə yeniyetmələr arasında gümüş, böyüklər arasında isə bürünc medal əldə edib. Bu tendensiyanı necə görürsünüz?

- Qürurla deyə bilərəm ki, üç il əvvəl biz ölkə çempionatına yeniyetmələr kateqoriyasını daxil etməklə çox müdrik qərar verdik. Bu, müzakirə etdiyimiz məqam üçün çox ciddi təkan və stimul oldu. Təbii ki, istedadlı gənclərimiz çoxdur. Məsələn, Aşur Abdullayev mütləq Avropa çempionu idi, indi isə Tərlan Əliyevlə Əhməd Quluzadə qələbə üçün mübarizə aparırdılar. Sonra onların hər ikisi böyüklər arasında yarışaraq özlərini ən yaxşı tərəfdən göstərdilər. Bu, çox dəyərli faktdır. Bizim diqqətimizdə olan digər gənc idmançılarımız da var ki, onları da ənənəni dəstəkləmək üçün cəlb edəcəyik.

- Yəqin ki, psixoloji baxımdan idmançılar üçün çıxış etmək daha asandır, çünki əvvəllər bütün bu zirvələr əlçatmaz görünürdüsə, indi titullar kifayət qədər realdır. Doğrudurmu?

- Yüz faiz razıyam. Bəlkə kimsə üçün bu bir vəhy olacaq, amma ilk nömrələrimizin hamısı Santa Susannaya getmədi. 15 iştirakçıdan 12-si beynəlxalq yarışlarda debütant olub. İndi biz bu super komandanı payızda Səudiyyə Ərəbistanında keçiriləcək dünya çempionatı üçün hazırlamağı planlaşdırırıq. Çox ciddi mübarizənin olacağı dünya çempionatı üçün bodibildinq və fitnesimizin qaymaqlarını toplayıb komanda formalaşdırmaq istəyirik. Federasiyanın İcraiyyə Komitəsi bu həftə sözügedən məsələni müzakirə etmək üçün toplaşacaq. Biz kollegial məşqçilər şurasını da təsdiq edəcəyik. Bu mənada şuranın Avropa çempionatına hazırlıqla bağlı gördüyü işləri xüsusi qeyd etmək istərdim. Teymur Aslanov və Nadim Həsənovla gözəl tandem yaratmışıq və bir-birimizə arxalanaraq komandanı uğurlu nəticələrə aparmışıq.

- Avropa çempionatının daha hansı maraqlı məqamlarını vurğulamaq istərdiniz?

- Hakimlərimiz ilk dəfə Avropa çempionatında iştirak etdilər. Ötən il dünya çempionatında Ziya Məmmədov və Əli Əliyev beynəlxalq dərəcəli hakim adına layiq görülüblər. Onlar Santa Susannada hakimlər korpusunun tamhüquqlu üzvü kimi fəaliyyət göstəriblər. Bu, həm də çox xoşdur və müəyyən idman obyektlərində təmsilçiliyimizi gücləndirməyə imkan verir.

- Ölkədaxili yarışlardan danışsaq, əlbəttə ki, ölkə kubokundan sonra payızda keçiriləcək Azərbaycan çempionatında iştirak edənlərin çox olacağını düşünmək olar?

- İnkişaf üçün ən mühüm təkan insanların nəticələrin obyektivliyini görməsidir. Ölkənizi beynəlxalq arenada təmsil etmək üçün sadəcə olaraq, milli yarışlarda yüksək səviyyədə çıxış etmək lazımdır. Bu isə bizim irəliyə doğru hərəkətimizin, tərəqqimizin, uğurumuzun açarıdır. Hər bir idmançı bilir ki, səhnəyə çıxıb yaxşı forma nümayiş etdirirsə, artıq Avropada və dünyada daha da irəliləməsi üçün yaşıl işıq yanır və heç bir halda onlar bu prinsiplərdən kənara çıxmayacaqlar.

Zəki Feyzullayev
İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 12 May 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see274

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see233

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see210

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see193

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see183

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see175

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see158

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see158

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see151

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see151

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see150

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see149

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see146

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see144

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see144

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see142

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see141

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see137

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri