Icma.az
close
up
RU
Rauf Bünyatəliyev Azərbaycan bodibildinqinin uğurları haqqında İdman və Biz

Rauf Bünyatəliyev Azərbaycan bodibildinqinin uğurları haqqında İdman və Biz

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

"Bu ilin ən mühüm nailiyyəti Azərbaycanın Avropa və dünya bodibildinqində əsas rəqib kimi qəbul edilməsidir".

Bunu mövsümə yekun vuran milli federasiyanın prezidenti Rauf Bünyatəliyev deyib.

İdman.biz xəbər verir ki, ilin sonunda komanda Avropa çempionatı və Dünya kubokunda ümumilikdə 30 mükafat qazanıb.

"Rəqiblər üçün Azərbaycan komandası keyfiyyət göstəricisidir, idmançılarımızdan çəkinirlər. Bu, böyük nailiyyətdir və eyni zamanda, ölkə bayrağı altında səhnəyə çıxan idmançılara əlavə güc verir. Üstəlik qadın idmançılarımız da yetişir. Məsələn, fitnes bikini yarışında Nərmin Tarıverdi Dünya kubokunun finalına çıxaraq 5-ci yeri tutub", - deyə Bünyatəliyev vurğulayıb.

O, həmçinin qeyd edib ki, respublika yarışlarında da idmançılar dünya səviyyəli çıxış nümayiş etdirirlər.

"Milli çempionatda ilk üçlükdə yer alan istənilən idmançı beynəlxalq arenada zirvədə olacaq. Hətta beynəlxalq federasiyanın prezidenti Rafael Santonxa Dünya kubokunun mükafatlandırma mərasimində Azərbaycanın bodibildinq ulduzları buraxan fabrik olmasını vurğulayıb. Bu bizim üçün dəyərlidir və gələcək vəzifəmiz bu keyfiyyət nişanını saxlamaq və nailiyyətləri artırmaqdır", - deyə Bünyatəliyev bildirib.

Qeyd edək ki, Santa Susannada (İspaniya) keçirilən qitə çempionatında idmançılarımız dördü mütləq titul olmaqla, ümumilikdə 8 qızıl, 6 gümüş, 6 bürünc medal qazanıblar. Bundan əlavə, kollektiv ümumi komanda hesabında birinci yeri tutub. Ümumilikdə mütləq kateqoriyada qalib gələn dörd idmançının hamısı beynəlxalq arenada debütant olublar. Bunlar Pərviz Qasımov (bodibildinq), Rauf Əliyev ("Muscular Men's Physique"), Fariz Nəcəfli ("Men's Physique") və yeniyemələrdə Aşur Abdullayevdir ("Men's Physique").

Santa Susannadakı Dünya kubokunda 4 qızıl, 2 gümüş və 4 bürünc, həmçinin iki mütləq titul qazanılıb. Mütləq kateqoriyasında qaliblər Elnur Allahyarlı (bodibildinq) və Fariz Nəcəfli ("Men's Physique") olublar. Samir Məmmədli (bodibildinq) və yeniyetmələrin yarışında Aşur Abdullayev ("Men's Physique") də İspaniyada qələbə qazanıblar.

İlin yekunlarına əsasən, Azərbaycan bodibilderləri altısı mütləq titul olmaqla, 12 qızıl, 8 gümüş və 10 bürünc medal qazanıblar.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 18 Dekabr 2024 19:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see489

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see191

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see183

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see177

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see145

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see138

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see137

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see132

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see131

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see129

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see129

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see126

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see126

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri