Rauf Əliyev: “Valideynlər övladlarının hücumçu olmasını istəmirlər”
Icma.az bildirir, Apasport saytına əsaslanaraq.
“Səfərdə oynamağımıza və ilk görüşdə qeydə alınan heç-heçəyə baxmayaraq, qalib gələcəyik”.
Bu sözləri "Apasport"a açıqlamasında Azərbaycan millisinin sabiq hücumçusu Rauf Əliyev deyib.
O, yığma komandanın Lixtenşteynlə qarşılaşması barədə fikirlərini bölüşüb.
“Son dövrlərdə futbolçularda özünəinam hiss olunur. Son oyunda qazandığımız qələbə də onlara böyük inam verib. Məncə, komandamızda kifayət qədər keyfiyyətli oyunçular var. İnanıram ki, bu qarşılaşmada da yaxşı nəticə əldə edəcəyik”.
Əliyev Azərbaycan millisində hücumçu çatışmazlığının əsas səbəblərindən birinin yerli futbolçuların ölkə çempionatında az şans qazanması olduğunu bildirib:
“Bu gün ən böyük problemlərimizdən biri yerli futbolçuların daxili çempionatda az oynaması, ümumiyyətlə, saylarının az olması və legionerlərə üstünlük verilməsidir. Hazırda hücum mövqeyində çıxış edən cəmi 2-3 futbolçumuz var. Millimizin baş məşqçisi də seçim imkanlarının məhdud olduğunu bildirir. Onu da başa düşmək lazımdır. Çünki seçim imkanı həqiqətən azdır. Rəqabət olmalıdır ki, yaxşı futbolçular ortaya çıxsın. Amma bu gün daxili çempionatda klublar hücum xəttində daha çox legionerlərə güvənirlər. Bu problem artıq aşağı yaş qruplarında da özünü göstərir. Hətta valideynlər də övladlarının hücumçu mövqeyində oynamasını istəmirlər. Mən özüm də aşağı yaş qruplarında çalışmışam və belə hallarla qarşılaşmışam. Vəziyyəti yaxından görmüşəm. Həqiqətən çətin dövrdür. Bizim vaxtımızda daxili çempionatda oynayan 6-7 yerli hücumçu var idi. Hamımız bir-birimizlə rəqabət aparırdıq. Amma bu gün hücumçu mövqeyində oynayacaq yerli futbolçu tapmaq xeyli çətinləşib”.
Qeyd edək ki, bu gün keçiriləcək Lixtenşteyn - Azərbaycan matçı saat 23:45-də start götürəcək.
Sergen Yalçından uğursuz debüt - TÜRKİYƏ BELÇİKAYA MƏĞLUB OLDU - YENİLƏNİB Azərbaycan millisi Almaniya ilə bacarmadı Azərbaycan millisi Monteneqroya böyük hesabla məğlub oldu İsa Suliman Pakistan millisində Lixtenşteyn – Azərbaycan matçının hakimləri bəlli oldu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 13 Noyabr 2026 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















