Icma.az
close
up
RU
Rayon qızları evin 3 addımlığındakı universitetdə niyə oxumaq istəmir?

Rayon qızları evin 3 addımlığındakı universitetdə niyə oxumaq istəmir?

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

“Rayonlardakı ali təhsil müəssisələrini seçən abituriyentlər, adətən, daha aşağı balla universitetə qəbul olunanlar olur".

Bunu “Yeni Sabah”a təhsil eksperti Cahid İmanlı deyib.

O, Dövlət İmtahan Mərkəzinin (DİM) 2024-2025-ci tədris ili üzrə dövlət sifarişi əsasında ali təhsil müəssisələrinə qəbul olunanlara dair statistikanı şərh edib. Həmin statistikaya əsasən, tələbələrin 82.24%-i (22.769 nəfər) Bakıdakı universitetlərə və yalnız 17.76%-i (4.918 nəfər) regionlardakı ali məktəblərə üz tutub.

Müqayisə üçün bildirək ki, 2023-cü ildə bu rəqəmlər müvafiq olaraq 84.96% (22 127 nəfər) və 15.04% (3 916 nəfər) olub.

Regionlardakı ali təhsil müəssisələrinə maraq niyə yoxdur? Rayondan gələn oğlan və qızlar niyə məhz Bakıda təhsili üstün tutur? Axı rayon seçimi həm də kirayə, nəqliyyat və s. xərclərin azlığı mənası verir.

"Bu tendensiyanın formalaşmasında bir neçə mühüm faktor var. Əvvəla, abituriyentlərin bir hissəsi, xüsusilə, qızların valideynləri onları yaxın məsafədə olan təhsil müəssisələrini seçməyə təşviq edir. Onları gözündən iraq salmaq istəməyən böyüklərlin dəlillərə sosial-iqtisadi şərtlər də əlavə olunur. Ailələr övladının təhsil xərclərini minimumda endirmək, onların yaşayış şəraitini nəzarətdə saxlamaq və əlavə (kirayə, nəqliyyat, yemək və s.) xərclərdən yayınmaq məqsədilə rayon universitetlərinə üstünlük verə bilirlər.

Bundan əlavə, rayonlardakı ali təhsil müəssisələrində plan yerlərinin, xüsusilə də ödənişli təhsil formalarının sayının az olduğundan bu universitetlərin ümumi sayı və potensialı şəhərlərdəki ali məktəblərlə müqayisədə xeyli aşağıdır. Şəhər universitetləri həm tələbə sayı, həm də təhsil imkanları baxımından daha geniş spektrə malikdir. Plan yerlərinin, xüsusilə də dövlət hesabına maliyyələşdirilən yerlərin əksəriyyəti paytaxt universitetlərinə ayrılır. Bu isə avtomatik olaraq şəhər universitetlərinin daha çox seçim imkanı və rəqabət üstünlüyü qazandırır”.

C. İmanlı qeyd edib ki, məsələ yalnız sosial səbəblərlə məhdudlaşmır:

“Paytaxt universitetləri ilə bölgə universitetləri arasında təhsil səviyyəsi baxımından ciddi fərqlər mövcuddur. Bu fərqlər həm maddi-texniki baza, həm də akademik heyətin, yəni müəllimlərin elmi dərəcəsi, təcrübəsi və tədris metodları baxımından nəzərəçarpacaq dərəcədədir.

Paytaxt universitetlərində laboratoriyalar, kitabxanalar, beynəlxalq layihələr, xarici dillərdə tədris imkanları və digər müasir təhsil resursları daha inkişaf etmiş şəkildə təşkil olunub. Bu isə təbii olaraq, abituriyentlər və onların ailələri tərəfindən keyfiyyətli təhsil əldə etmək üçün mühüm amil kimi qiymətləndirilir.

Demək olar ki, rayon universitetlərini seçən abituriyentlərin bir hissəsi məcburiyyət qarşısında bu seçimi edir: ya aşağı bal topladığı, ya da sosial və ailəvi səbəblərı görə. Lakin bu vəziyyət ölkədə təhsil bərabərliyinin və regional ali təhsil müəssisələrinin inkişafının zəruriliyini bir daha ön plana çıxarır. Rayondakı universitetlərin maddi-texniki imkanlarının genişləndirilməsi, akademik heyətin peşəkarlıq səviyyəsinin artırılması və keyfiyyətli təhsilin bölgələrdə də əlçatan olması üçün dövlət səviyyəsində davamlı islahatlara ehtiyac var”.

Aytac Əliyeva


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 05 İyun 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri