Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

İnsan sağlamliğina verilən dəyər

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

Rayonlar boşalır Əhalini Bakıya gətirən səbəb nədir?

Rayonlar boşalır Əhalini Bakıya gətirən səbəb nədir?

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda azad sahibkarlığın inkişafı və liberal iqtisadiyyatın qurulması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Müstəqillik əldə olunduqdan sonra ölkəmiz sosialist planlı iqtisadi modeldən uzaqlaşaraq, bazar münasibətlərinə əsaslanan yeni iqtisadi sistemin qurulmasına üstünlük verib. Bu proses təkcə iqtisadiyyatın struktur baxımından dəyişməsi deyil, eyni zamanda cəmiyyətin təşəbbüskarlıq ruhunun canlandırılması və iqtisadi azadlıqların genişləndirilməsi ilə müşayiət olunub.

Qiymətlərin formalaşması bazar prinsiplərinə əsaslanaraq həyata keçirilmiş, daxili və xarici iqtisadi fəaliyyətin liberallaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Eyni zamanda, zəngin təbii ehtiyatlardan səmərəli istifadəyə nail olunmuş, yerli və xarici investorlar üçün cəlbedici investisiya mühiti formalaşdırılmışdır.

Bütün bunların fonunda diqqətçəkən məqam rayonlarda yaşayan əhalinin daha çox paytaxt Bakıya üz tutmasıdır.

İqtisadi inkişafın daha çox mərkəzləşmiş formada – əsasən paytaxtda və böyük şəhərlərdə cəmlənməsi, regionlarda isə yetərli sayda iş yerlərinin və investisiya layihələrinin olmaması nəticə etibarilə rayon sakinlərini daha yaxşı yaşayış və iş imkanları axtarışı ilə Bakıyagəlməsinə səbəb olur. Regional balansın təmin olunması üçün ölkədə həyata keçirilən iqtisadi siyasətin yalnız mərkəzi şəhərləri deyil, bölgələri də əhatə etməsi zəruridir. Regionlara sərmayələrin yönəldilməsi, yerli resurslardan səmərəli istifadə, kiçik və orta sahibkarlığın təşviqi, yerli infrastrukturun gücləndirilməsi və sosial xidmətlərin keyfiyyətinin artırılması bu istiqamətdə əsas prioritetlərdən olmalıdır.

Bu gün ölkəmizdə sözügedən istiqamətdə hansı işlər aparılır?

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Azər Badamov deyib ki, Azərbaycanda azad sahibkarlığın təşviqi ölkənin iqtisadi inkişafı, məşğulluğun artırılması və innovasiyaların stimullaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır:

Azər Badamov

“Azad sahibkarlığın inkişafına dövlət dəstəyi proqramları tətbiq olunur. Bu qanunvericilik bazasının optimallaşdırılması, sahibkarlıq subyektlərinin qeydiyyatının bir pəncərə sisteminin tətbiq olunması, elektron hesabatlılıq sisteminin yaradılması, güzəştli kreditlərin verilməsi, Azad İqtisadi Zona, Sənaye Parkları, Aqroparklarda yaradılmış şəraitlər və işğaldan azad olunmuş ərazilərdə tətbiq olunan güzəştlər şəklində qeyd etmək olar. Bununla yanaşı, sahibkarların maarifləndirilməsi proqramlarının genişləndirilməsinə ehtiyac olduğunu hesab edirəm. Çünki, bütün sahibkarlar dövlətin dəstək proqramları ilə məlumatlı deyillər. Bu da onların inkişafında müəyyən qədər çətinliklərlə üzləşməsinə gətirib çıxardır. Bu baxımdan biznes strukturları üçün dövlətin müvafiq orqanları tərəfindən müxtəlif mövzularda seminarların keçirilməsi və maarifləndirici bukletlərin buraxılması təşkil olunarsa, yaxşı olar.

Həm də bu gün iqtisadiyyat rəqəmsallaşır. Bu baxımdan yeni startapları təqdim edən sahibkarların stimullaşdırılması istiqamətində tədbirlər görülməlidir. Çünki, bütün sahələrdə olduğu kimi biznes sahəsində də rəqəmsal texnologiyalar və süni intelektdən istifadə olunması genişlənməlidir.

Regionlarda sahibkarlığın inkişafına xüsusi yanaşmalar olmalıdır. Belə ki, bu gün regionlarda emal sənayesinin inkişafı günün tələbləri səviyyəsində deyil. Bu baxımdan regionlarda emal sənayesinin inkişafının subsidiyalaşdırılması və vergi güzəştlərinin tətbiqi məsələsi öz həllini tapmalı olduğunu hesab edirəm. Ümumiyyətlə götürüləndə, ölkəmizdə sahibkarlığın inkişafı üçün dövlət dəstəyi genişdir və bu dəstək proqramlarından səmərəli istifadə olunması sahibkarlığın inkişafına yeni bir təkan verəcəkdir”.

İqtisadçı ekspert Xalid Kərimli isə məsələyə belə münasibət bildirib:

Xalid Kərimli

“Azad sahibkarlığa real azadlıq verilməlidir, çünki yalnız bu halda iqtisadiyyatın daha da güclənməsi və ölkə daxilində sərmayə yatırımlarının artması mümkün olacaqdır. Azad sahibkarlığın inkişafı üçün əlverişli rəqabət mühiti yaradılmalıdır. Bu rəqabət mühiti yalnız sahibkarlara deyil, həm də bütün iqtisadiyyatın davamlı inkişafına xidmət edir. Rəqabət, yeni ideyaların və innovasiyaların tətbiqini stimullaşdırır, eyni zamanda bazarda müxtəlif sahələrdə qiymətlərin aşağı düşməsinə və xidmət keyfiyyətinin artmasına gətirib çıxarır.
Sözügedən proseslə İqtisadiyyat Nazirliyi məşğul olur.

Ədalətli və şəffaf məhkəmə sistemi olmalı, müqavilə hüququ effektiv və sürətli şəkildə icra olunmalıdır. Məhkəmələrdə şəffaflıq və müstəqillik təmin olunarsa, sahibkarlar öz hüquqlarını qorumaqda daha əmin olar.
Eyni zamanda, kapitalın sərbəst axınına şərait yaradılmalı, sərmayəçilər öz yatırımlarını risk altında hiss etməməlidir.

Bunların hamısı öz növbəsində azad sahibkarlığın inkişafına təkan verəcək, yeni iş yerlərinin yaradılmasına və ümumilikdə iqtisadiyyatın güclənməsinə səbəb olacaqdır. Əgər bu məsələlər düzgün şəkildə həll edilərsə, ölkədə iqtisadi inkişafın yeni mərhələsinə qədəm qoyulacaq, sahibkarlar daha sərbəst və rəqabətə dayanıqlı fəaliyyət göstərə biləcəklər”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 May 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see414

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see334

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see262

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

03 Sentyabr 2026 10:37see262

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see255

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

03 Sentyabr 2026 13:47see254

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see248

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see245

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see238

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see238

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see232

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see231

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see225

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see225

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see213

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

03 Sentyabr 2026 13:22see207

İnsan sağlamliğina verilən dəyər

03 Sentyabr 2026 13:01see204

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

03 Sentyabr 2026 15:18see203

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

03 Sentyabr 2026 18:38see195

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

03 Sentyabr 2026 19:59see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri