Icma.az
close
up
RU
Rayonlardan Bakıya axın: 2 manata satılan evlər nə üçündür? KONKRET

Rayonlardan Bakıya axın: 2 manata satılan evlər nə üçündür? KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

“Yəqin ki, mətbuatda tez-tez, “filan ölkədə 1 avroya, 1 dollara evlər satılır” xəbərlərini görmüsünüz. Ən son belə xəbər İtaliyanın Siciliya adasındakı tarixi Naro şəhəri tərk edilmiş evləri cəmi 1 avroya satışa çıxararaq yeni sakinlər cəlbi cəhdi haqqında olub”.

KONKRET.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli qeyd edib.

Onun sözlərinə görə, bir avroluq (təxminən 2 manat) evlər həm İtaliya vətəndaşları, həm də xaricilər üçün əlçatandır:

“Siyahıya alınan əmlakların böyük hissəsi təmirə ehtiyacı olan və bəzilərində ciddi bərpa işləri tələb edilən evlərdir. Buna görə alıcı evin təmir və yenidənqurma xərclərini özü qarşılamalıdır.

Bəs bu evləri niyə 1 avroya satırlar? Səbəbi odur ki, dünyanın müxtəlif ölkələrində kiçik kəndlər, qəsəbələr sürətlə boşalır, əhali böyük şəhərlərə köçür, aqrar sahədə çalışmaq istəyənlərin sayı azalır. Ona görə də dövlət belə proqramlar qəbul edir: şəhərlərdən kəndə, qəsəbəyə köçənlərə güzəştlər verir, faizsiz kreditlər təklif edir, kommunal xidmətlərə qoşulmaq, bərpa olunan enerji mənbələrinə keçid üçün köməklik göstərir”.

Ekspert qeyd edib ki, artıq Azərbaycanda da bu proses başlayıb:

“Kəndlər boşalır, əhali, əsasən, Bakıya axır. Bunun səbəbləri çoxdur, bir tək iqtisadi səbəb, maddi vəziyyət deyil – kəndlər, qəsəbələrdə, hətta rayonlarda mədəni həyat, əyləncə yoxdur, bizneslə məşğul olmaq üçün şərait zəifdir.

Biz dövlət və cəmiyyət olaraq şəhərdən kəndə, qəsəbəyə köçmək istəyən insanlara özəl münasibət göstərməliyik. Kəndlərdə yaşayanlar, orda çalışanlar kommunal xidmətlərə şəhərə nisbətən 2 dəfə az ödəniş etməlidir. İstehsal sahəsi yaratmaq istəyənin bütün texniki şərtləri, kommunal xidmətlərə qoşulması pulsuz olmalıdır.

Məcburuq ki, 15-20 il əvvəli düşünək, bu gün addımlar ataq ki, 15-20 ildən sonra boşalmış kəndlər, rayonlar görməyək, əti, aqrar məhsulları Gürcüstandan, Ermənistandan almağa məcbur qalmayaq. Bu gün ölkə əhalisinin yarısına yaxını Abşeronda yaşayır. Belə getsə, 20 ildən sonra bu rəqəm 80%-ə çatacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://konkret.az
archiveBu xəbər 01 Sentyabr 2026 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see339

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see310

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see299

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see290

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see271

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see264

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see260

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see258

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see235

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see229

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see227

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see222

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see212

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see205

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see203

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see198

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see195

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see189

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see186

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri