Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Yenidən məhkəmədə üz üzə gələcəklər

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Razi Nurullayev nədən təlaş keçirir? KÖŞƏ

Razi Nurullayev nədən təlaş keçirir? KÖŞƏ

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Reallığı dilə gətirmək, nə zamandan qəbahət hesab olunub?

Baş verən istənilən ictimai, siyasi, elmi, mədəni hadisə ilk baxışdan abırlı, həyalı, eləcə də yüksək intellektə, bilik və bacarığa malik insan kimi görünən şəxsin daxili aləmini tam şəkildə üzə çıxarmış olur. Məlum olur ki, həmin şəxs qüsurludur və çatışmazlıqları mövcuddur. Əslində hər bir insan, xüsusilə də siyasət adamı səbirli olmalı, söylənilən fikriləri, irəli sürülən ideya və təklifləri dinləmək qabiliyyəti olmalıdır. Təəssüf ki, bəzən özlərini siyasətçi kimi təqdim edən şəxslər bu kimi vacib şərtlərə əməl etmirlər. Son günlər Milli Məclisdə komitə sədri Siyavuş Novruzovun İmişlidə baş verən yol-nəqliyyat hadisəsindən sonra baş verən xoşagəlməz hadisə ilə bağlı obyektiv, əsaslı və ədalətli çıxışının deputat Razi Nurullayev tərəfindən düzgün başa düşülməməsi, əksinə, qəzəblə qarşılanması və yersiz açıqlamalar, fikirlər bildirməsi, sosial şəbəkələrdə ironiya ilə qarşılanan statuslar paylaşması onun ciddi qüsurlara malik deputat olduğunu göstərir. Birincisi, ona görə ki, Milli Məclisdə aparılan müzakirələri, fikir və rəyləri xoşlamasan belə, susmaq daha faydalı olar. İkincisi, qəbul etmədiyin mövqeyi qarışqadan fil düzəltmək üçün məqam axtaran jurnalistlərə çatdırmaq üçün hərəkətə keçmək deputata başucalığı gətirə bilməz. Üçüncüsü, əgər hansısa deputatın, o cümlədən Siyavuş Novruzovun fikirləri səni narahat edibsə, o zaman elə ona cavabı parlamentdə vermək olardı. Dördüncüsü, Siyavuş Novruzov haqqı deyib, ədalətli mövqe sərgiləyib. Bildirib ki, İmişlidə hadisə baş verən zaman rayon icra hakimiyyətinin başçısı və polis rəisi dərhal hadisə yerində olmalı idi. Əgər insanlarla təmas qurmaq istəmirlərsə, o zaman ərizələrini yazıb işdən getsinlər. Və nəhayət beşincisi, Razi Nurullayev reallığı dilə gətirmək, nə zamandan qəbahət hesab olunub?

Söz yox ki, bu əsaslı suallara R.Nurullayev cavab vermək imkanına malik deyil. Çünki onun özü də bu məsələdə məsuliyyət daşıyır. Çünki onun bilavasitə borcu idi ki, hadisənin baş verdiyi yerə gedib, insanlarla söhbət etsin. R.Nurullayev isə ona səs verib deputat statusu qazandıran insanların ayağına getməyi özünə qəbahət hesab edib. Bu isə dikbaşlıq və özünə vurğunluqdur, həm də “deputatın statusu haqqında” qanunun tələblərinə ziddir. Bu azmış kimi R.Nurullayev hay-küy qaldırmaqla kifayətlənməyib, müəyyən məsələlərdə ortaq olması şübhələrini yaradan icra hakimiyyətinin başçısını və polis rəisini uğursuz müdafiə etməyə cəhd göstərir.

Söz yox Azərbaycanın hər bir bölgəsi, o cümlədən də İmişli əhalisi dövlətə, dövlətçiliyə bağlı insanlardı. Onlar ölkədə sabitliyin, ictimai təhlükəsizliyin tərəfdarıdırlar və daim bunun möhkəmlənməsinə töhfələr verirlər. Gözlənilmədən baş verən yol-nəqliyyat hadisəsi zaman övladlarını itirən valideynlər və onların yaxınları əsəblərini cilovlaya, hisslərinə hakim kəsilə bilməyiblər, emosiyalara qapılaraq polis maşınını aşırıb, asayişin pozulmasına xidmət edən hərəkətlərə yol veriblər. Bu halda yaxşı olardı ki, icra hakimiyyətinin başçısı, deputat və rayonun hüquq -mühafizə orqanlarının rəhbərləri hadisə yerində olmalı və insanlarla maarifləndirici söhbətlər aparmalı idilər. Əminliklə demək olar ki, əgər Siyavuş Novruzovun da qeyd etdiyi kimi, polis və icra hakimiyyətinin başçısı hadisə yerində olsa idilər, məsələ dərhal öz həllinə tapar və insanlar öz evlərinə dağılışardılar. Təbii ki, belə olsa idi, asayişi pozduqlarına görə həbs edilənlər də olmazdı.

Bu yerdə Sədi Şirazinin bir aforizmi yada düşür: “Ağıldan kəmliyi iki şey müəyyən edir: susmaq lazım gələndə danışmaq, danışmaq lazım olanda susmaq”. Söz yox ki, R.Nurullayev ağıllıdır, dərin elmi bilgiləri və savadı mövcuddur. Əgər belə olması idi, dağıdıcı müxalifətin ən qatı ünsürlərindən olan AXCP sədri Əli Kərimlinin yanından ayrılıb, özünə təzə partiya yaradıb, sonra da deputat kreslosuna yiyələnə bilməzdi. Bu fərasətinə görə ona “molodes” düşür. Sadəcə yuxarıda qeyd etdiyim kimi, siyasi cəhətdən naşı, dözümlülük baxımdan qüsurludur. Onun mövcud qüsurlarını, çatışmazlıqlarını aradan qaldırmaq üçün öz üzərində işləyəcəyi şübhəsizdir. Daha doğrusu, proseslərin inkişafı göstərir ki, R.Nurullayev S.Novruzovun əsaslı tənbehindən və qınağından nəticə çıxarıb. Onun İmişli hadisəsi zamanı zərər çəkən insanlarla görüşməsi, xəsarət alan xəstələri ziyarət etmək üçün xəstələrə baş çəkməsi və həbs edilən şəxslərin azadlığa çıxması üçün hüquq-mühafizə orqanlarına müraciət etdiyini bildirməsi, qeyd olunanlara misal ola bilər. Lakin bu məqamda belə R.Nullayev ciddi səhvlər yol verməklə, bir növ özünü yandırır. Baş çəkdiyi insanlarla şəkillərini çəkdirib, sosial şəbəkələrdə geniş formada yayır. Halbuki, bu kimi ziyarət etmələr onun işi və deputat olaraq vəzifəsidir. Haqlı olaraq da sosial şəbəkə istifadəçiləri, onu ziyarət etdiyi insanlarla şəkillərini çəkdirib, sosial şəbəkələrdə paylaşmasına görə qınayırlar. Məsələn, İdris Əhmədov adlı sosial şəbəkə istifadəçisi Razi Nurullayev haqqında yazır: “Ucuz reklamdan əl çəkin. Özünüzü güldürməyin. Sizin işiniz özünüzü çəkib internetdə paylaşmaq yox, Milli Məclisdə xalqın xeyrinə qərarlar qəbul edilməsinə nail olmasına çalışmalısız”. Digər sosial şəbəkə istifadəçisi Dəniz Quluzadə isə şərh bölümündə yazır: “Mehman Hüseynov sizin villa haqqında paylaşım etmişdi vaxtilə, düzdü? Maşallah kasıb müxalif partiyanın sədr və üzvlərinin belə villası olmağını bilmirdim”.

Sonda onu vurğulamağı vacib hesab edirəm ki, amalımız heç də Siyavuş Novruzovu müdafiə etmək deyil. Zatən onun bizim kimi imkanları aşağı olan jurnalistin dəstəyinə də ehtiyacı yoxdur. Sadəcə, ədalətli mövqeyi, müsbət fikir və fəaliyyətə haqq qazandırmaq, cəmiyyətə olduğu kimi çatdırmaq bizim də əsas işlərimizdən biridir. Əgər belə olmasa cəmiyyətimizdə haqlı haqsız düşər, ədalətli insan zərər görər.

İLHAM ƏLİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Fevral 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see750

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see710

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see710

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see522

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see522

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see507

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see491

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see421

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see372

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see363

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see363

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see356

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see351

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see345

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see343

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see338

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see337

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see333

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see324

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see314
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri