Icma.az
close
up
RU
Razi Nurullayev vətəndaşların əsas problemindən danışdı Hər 5 sahibkardan 4 ü hələ də nəticə ala bilməyib

Razi Nurullayev vətəndaşların əsas problemindən danışdı Hər 5 sahibkardan 4 ü hələ də nəticə ala bilməyib

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Milli Məclisin bu gün keçirilən  iclasında vətəndaşların mülkiyyət hüququnun tanınması sahısindəki problemlərdən danışıb.

Gununsesi.info deputatın çıxışını təqdim edir:

“Bu gün mən burada bir fərmandan yox, minlərlə sahibkarın və vətəndaşın acı təcrübəsindən danışıram. 2023-cü ildə Prezident tərəfindən “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalandı. Məqsəd illərlə sənədsiz qalan qeyri-yaşayış obyektlərini rəsmiləşdirmək, sahibkarın əlini-qolunu açmaq, iqtisadiyyata nəfəs vermək idi.

Rəqəmlərə baxaq. Bu fərmanla bağlı 18 mindən çox müraciət edilib. Amma bu müraciətlərin nəticəsi nə olub? Cəmi təxminən 4–5 min obyekt sənədləşdirilib. Bu nə deməkdir? Bu o deməkdir ki, hər 5 sahibkardan 4-ü hələ də nəticə ala bilməyib.

Hörmətli həmkarlar, bu artıq statistika deyil. Bu narazılıqdır, bu ümidsizlikdir. Sahibkar deyir ki, sənədləri verdim, aylarla cavab yoxdur. Bir idarə deyir başqa quruma get, o biri deyir yenidən müraciət et. Biri razılıq verir, digəri imza atmır. Bu, sahibkarlıq üçün şərait deyil, bu bürokratik labirintdir.

Bu gün sənədi olmayan obyekt nə deməkdir? Bu o deməkdir ki, sahibkar bankdan kredit ala bilmir, obyektini sata bilmir, girov qoya bilmir. İşini böyütmək istəsə də, riskə girə bilmir.

Nəticədə nə olur? İş yerləri açılmır. Pul dövriyyəyə girmir. Dövlət də, vətəndaş da uduzur.

Bir məsələ də var. Bu prosedur üçün son tarix qoyulub — 2026-cı il. Amma bu temp ilə gedilsə, minlərlə sahibkar vaxta çatmayacaq. Sonra nə olacaq? Yenə problem, yenə narazılıq.

Biz açıq deməliyik. Fərmanın niyyəti doğru idi, amma icrası zəifdir. Problem qanunda yox, mexanizmdədir.

Ona görə də buradan açıq çağırış edirəm. Prosedurlar sadələşdirilməlidir. Cavab müddətləri konkret olmalıdır. Sahibkar aylarla havada saxlanmamalıdır.

Vaxt 2026-cı ildə bitir, məlumatınız olsun ki, aidiyyatı qurumların qarşısında onilliklər əvvəl xarici pasport almaq üçün növbə gözləyən və növbələr satılan mənzərə yaşanır. Vaxt uzadılmalı, insanlara real imkan verilməlidir. Ona görə də portalda qeydiyyatdan keçmək zamanı uzadılsın. Bunu çox, çox, çox xahiş edirəm.

Araşdırma göstərir ki, Prezident fərmanında nəzərdə tutulan dövlət orqanlarının heç biri üzərinə düşən vəzifəni tam vicdanla yerinə yetirməyib.

Əgər biz bu məsələni indi həll etməsək, sabah bu problem daha böyük sosial narazılığa çevriləcək. Sahibkar sıxıntı çəkirsə, ölkə inkişaf etmir. Sahibkar qazanmırsa, dövlət də qazanmır.

Firuzə Mahmudova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:40
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 23 Dekabr 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see154

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see153

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see152

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see136

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see129

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri