Razılaşma mətni Qətər və Pakistan tərəfindən dərc ediləcək
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“İsveçrədə keçirilən danışıqlarda İran və ABŞ vasitəçiləri 18 saat davam edən müzakirələr zamanı əldə edilən razılaşmaların mətnini təqdim edəcəklər”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai deyib.
O bildirib ki, razılaşma mətni Qətər və Pakistan tərəfindən dərc ediləcək.
“Mətndə mənim qeyd etdiyim əsas məqamlar öz əksini tapacaq. O, 18 saat ərzində əldə olunmuş razılaşmaların sənədi kimi təqdim ediləcək”, - Bəqai qeyd edib.
O, həmçinin İran neftinin satışına lisenziyaların verilməsi və İslam Respublikasının dondurulmuş aktivlərinin blokdan çıxarılmasını ABŞ ilə yekun saziş üzrə danışıqlara keçid üçün əsas şərtlər kimi qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 22 İyun 2026 08:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















