Icma.az
close
up
RU
Razılıqsız hamiləlik, məcburi atalıq: Kişinin imtina hüququ varmı? Vəkil AÇIQLADI

Razılıqsız hamiləlik, məcburi atalıq: Kişinin imtina hüququ varmı? Vəkil AÇIQLADI

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son dövrlər nikahdan kənar münasibətlərdən doğulan uşaqlarla bağlı yeni bir tendensiyanın formalaşdığı müşahidə olunur. Belə ki, bəzi hallarda kişinin razılığı olmadan hamiləlik başa çatdırılır, daha sonra isə atalığın tanınması və aliment tələbi ilə hüquqi prosedurlara başlanılır.

Kişinin razılığı olmadan dünyaya gətirilən nikahdan kənar uşaqla bağlı atalığın məcburi tanınması və aliment öhdəliyi şəxsin valideyn olmamaq hüququnun pozulması hesab edilə bilərmi? Ümumiyyətlə, belə olan halda kişi atalıqdan imtina edib aliment ödəməyə bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Vəkillər Kollegiyasının və Mediasiya Şurasının üzvü Əfifə Əsgərova Kazancı bildirdi ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsi qeyd edilən hallarda uşağın maraqlarını prioritet hesab edir və uşağın mənşəyinin (atalığın) müəyyən edilməsi və saxlanılması hüququnu əsas götürür:

"Yəni bu halda milli və beynəlxalq qanunvericilik baxımından şəxsin iradəsi ilə deyil, uşağın hüquqları ilə bağlı öhdəliklər ön plandadır. Kişinin razılığı olmadan doğulan uşaqla bağlı atalığın məcburi tanınması məsələsinə gəldikdə isə bəli, bu qanunidir. Ailə Qanunvericiliyinə əsasən nikahda olmayan valideynlərdə atalığın müəyyən edilməsi atanın könüllü razılığı ilə və ya məhkəmə qaydasında həyata keçirilir. Əgər kişi atalığı könüllü tanımırsa, ana və ya uşağın qanuni nümayəndəsi məhkəməyə müraciət edə bilər. Məhkəmə mərhələsində mübahisə yaranarsa məhkəmə bioloji mənşəni (DNA ekspertizası və digər sübutlarla), tərəflər arasında faktiki münasibətləri, uşağın maraqlarını araşdırmaqla müvafiq qətnamə qəbul edir. Yəni artıq mövcud olan hamiləlik halında atanın uşaq istəməməsi hamiləliyin məcburi sonlandırılması üçün əsas deyil. Valideynlik hüququndan məhrum edilmə isə şəxsi valideynlik vəzifələrinin icrasından azad etmir".

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:54
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Fevral 2026 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see658

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see273

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see253

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see248

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see219

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see218

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see185

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see178

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see177

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see151

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see145

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri