Real Alonsoya şərt qoydu
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Real Madrid" La Liqanın 16-cı turunda dekabrın 14-də "Alaves"lə keçirəcəyi oyunda qələbə qazana bilməsə, baş məşqçi Xabi Alonsonun vəzifədən uzaqlaşdırılması gündəmə gələ bilər.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, "La Sexta" telekanalının jurnalisti Xose Sançes bu iddianı "X" sosial şəbəkəsində paylaşıb.
Bundan əvvəl də mediada Alonsoya qarşı istefa tələblərinin gücləndiyi, xüsusilə Çempionlar Liqasının altıncı turunda "Mançester Siti"yə 2:1 hesablı məğlubiyyətdən sonra onun postunu itirə biləcəyi yazılmışdı. Lakin həmin vaxt qərar verilməmişdi.
Xatırladaq ki, Xabi Alonso 2025-ci ilin yayından etibarən "Real Madrid"ə rəhbərlik edir. La Liqanın 16 turu arxada qaldıqdan sonra Madrid klubu 36 xalla turnir cədvəlinin ikinci pilləsində yer alır.
Hüseyn
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 12 Dekabr 2025 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















