Real dan Mbappe ilə bağlı BƏD XƏBƏR
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Fransa millisinin və Madrid "Real"ının futbolçusu Kilian Mbappeyə sol dizinin arxa kapsulunun həddindən artıq açılması diaqnozu qoyulub.
Redaktor.az xəbər verir ki, bu barədə İspaniya klubunun saytında məlumat verilib.
Daha əvvəl məlumat verilmişdi ki, Millətlər Liqasının ilk turunda Fransa millisi Türkiyə yığmasını 1:0 hesabı ilə məğlub edib. Mbappe yeganə qolu vurduqdan sonra əvəzlənməsini istəyib.
"Bu gün futbolçumuz Kilian Mbappenin tibbi müayinələrinin nəticələrinə əsasən, ona sol dizinin arxa kapsulunun həddindən artıq açılması diaqnozu qoyulub. Onun bərpa prosesi nəzarətdə saxlanılacaq", - deyə bəyanatda bildirilib.
Mbappenin 27 yaşı var. O, Fransa millisinin heyətində 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının qalibi olub və 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında gümüş medal qazanıb. O, dünya çempionatlarında 22 qolla rekordçudur. Hücumçu cari mövsümdə "Real"ın heyətində keçirdiyi səkkiz oyunda səkkiz qol vurub və iki məhsuldar ötürmə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 27 Sentyabr 2026 00:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















