“Real” “El Klasiko”dan qabaq hakimlərə təzyiqləri artıracaq
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İspaniya Kral Futbol Federasiyasının (RFEF) Hakimlər Texniki Komitəsi (CTA) “Real Madrid” klubunun La Liqanın 10-cu turundakı “Barselona” matçı öncəsi hakimlərə olan təzyiqi daha da artıracağını gözləyir.
“Qafqazinfo” İspaniyanın məşhur “Cadena SER” radiostansiyasının “El Larguero” proqramına istinadən xəbər verir ki, “Kral klubu”nun hakimlərə qarşı qərəzli münasibət bəslənməsi ilə bağlı iddiaları İspaniya futbolunda ciddi təşviş yaradıb.
“Hakim cəmiyyətinin bütün səviyyələrində “Real Madrid”in hər oyununda – klub rəhbərliyində, tribunalarda, mediada və ümumi mühitdə baş verənlərlə bağlı böyük narahatlıq var. CTA hesab edir ki, “Real”ın hakimlərin onlara qarşı qərəzli olması barədə inamından yaranan bu gərginlik “El Klasiko” yaxınlaşdıqca, önümüzdəki iki həftə ərzində daha da kəskinləşəcək”, – deyə İspaniya mətbuatı bildirir.
Xatırladaq ki, dünya futbolunun və İspaniyanın ən böyük qarşıdurması olan “El Klasiko” oktyabrın 26-da baş tutacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 14 Oktyabr 2026 20:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















