Icma.az
close
up
RU
Real fanatlarının istədikləri məşqçi və futbolçu bəlli oldu

Real fanatlarının istədikləri məşqçi və futbolçu bəlli oldu

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Çempionlar Liqasının 1/4 finalında ''Arsenal'' səddini adlaya bilməməklə fanatlarını məyus edən ''Real''da həm baş məşqçi Karlo Ançelottinin, həm də ayrı-ayrı futbolçuların durumu müzakirə mövzusu olmaqda davam edir.

''Football-plus.az'' xəbər verir ki, Kilian Mbappe kimi bir ulduzun gəlişinə baxmayaraq ''kral klubu'' ümumiyyətlə, mövsümü tutulsuz başa vura bilər. Bu arada İspaniyanın ünlü ''Marka'' nəşri oxucular arasında Madrid nəhəngi ilə bağlı bəzi sorğular keçirib.
İlk növbədə fanatların Karlo Ançelottinin yerində kimi görmək istədikləri məlum olub. Bu sorğuda iştirak edənlərin 48 faizi (62505 nəfər) Xabi Alonsoya, 28 faizi (36167) Yürgen Kloppa, 10 faizi (12759) Raul Qonsalesa və 7 faizi (9253) Zinəddin Zidana səs verib.
Digər sual yeni transferlərlə bağlı olub. Sən demə fanatlar ən çox Martin Subimendinin transfer olunmasını istəyirlər. ''Arsenal''ın da hədəfində olan ''Real Sosyedad'' və İspaniya yığmasının 26 yaşlı yarımmüdafiəçisinə sorğuda iştirak edənlərin 33 faizi (35989) səs verib. Maraqlıdı ki, ''istənilən mərkəz hücumçusu'' cavabı bu sorğuda 20 faiz (22114) səslə 2-ci pillədə qərarlaşıb! Yayda transferi həll olunacağı gözlənilən ''Liverpul''lu Trent Aleksander-Arnold isə 18 faiz (19290) toplayaraq 3-cü pillədə qərarlaşıb.
Və nəhayət, oxucular ''bu yay komandanı kim tərk etməlidi'' sualını da cavablandırıblar. Maraqlıdı ki, bu sorğuda zirvədə 12 faiz (106160) səslə Xesus Valyexo qərarlaşıb. Amma bu müdafiəçinin onsuz da komandada varlığı ilə yoxluğu bilinmir və onun uğursuz nəticələrdə bir rolu yoxdu. 28 yaşlı futbolçu bu mövsüm (sentyabrda) cəmi 1 rəsmi qarşılaşmada 10 dəqiqə forma geyib. Bu sorğuda 2-ci pillədə 11 faiz (98541) səslə komandanın kapitanlarından biri - Lukas Vaskes, 3-cü pillədə 10 faiz (88667) səslə zədə üzündən iki mövsümdü, ortalıqda olmayan David Alaba qərarlaşıb.
Digər pillələrdə isə Karlo Ançelotti (9 faiz, 76329), Ferlan Mendi (9 faiz, 74605), Vinisius (7 faiz, 63083) və Luka Modriç (7 faiz, 61440) qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 Aprel 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see263

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see229

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see217

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see193

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see181

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see169

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see156

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see155

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see149

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri