Icma.az
close
up
RU
Real ın yetirməsi: Qəbələ yə variantı ortaya çıxanda, bura gəlmək üçün mübarizə apardım MÜSAHİBƏ

Real ın yetirməsi: Qəbələ yə variantı ortaya çıxanda, bura gəlmək üçün mübarizə apardım MÜSAHİBƏ

Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Qəbələ"nin yeni transferi Xayme Syerra Sportal.az saytına müsahibə verib.

- "Qəbələ"nin heyətində rəsmi matçda debüt etdin. Premyer Liqanın ilk turunda “Karvan-Yevlax”la görüşdə meydanda idin. Debütünü necə dəyərləndirirsən? Hər şey istədiyin kimi alındı?

Komanda ilə cəmi dörd dəfə məşq etməyimə baxmayaraq, debütümdən çox məmnunam. Baş məşqçinin nə istədiyini başa düşdüm. Onu da yerinə yetirməyə çalışırdım. Təbii ki, həftələr keçdikcə, hər şey daha da yaxşılaşacaq.

- "Karvan-Yevlax”la qarşılaşmada qələbə qazana bilməməyinizi nə ilə əlaqələndirirsən? 

Biz bu görüşdə hətta əhəmiyyətli top fərqi ilə qalib gələ bilərdik. Çünki qol epizodlarımız çox idi. Amma futbol belədir. Hər halda, aktivimizə bir xal yazdırdıq. İşləməyə davam edəcəyik.

- Premyer Liqada ilk matçın idi. Ümumilikdə, Azərbaycan çempionatının ab-havası necə idi?

Matçda yaxşı ab-hava var idi. Biz ümid edirik ki, növbəti oyunlarda qələbə qazanacağıq ki, azarkeşlərimiz bizi dəstəkləməyə davam etsinlər. 

- "Qəbələ" növbəti turda "Zirə" ilə qarşılaşacaq. Onlar haqda məlumatlısan?

Bəli, “Zirə” haqda məlumatım var. Onların “Hayduk”a qarşı oyununu izləmişdim. “Zirə”nin oyun üslubunu bir az bilirəm. Bu komandanın yaxşı futbolçuları var. Amma biz də, yaxşı futbolçulara sahibik. Hər halda, biz evdə oynayırıq və meydana qalibiyyət üçün çıxacağıq. 

- Maraqlıdır, ümumiyyətlə “Qəbələ”yə keçidin necə baş tutdu? "Varajdin"də niyə qalmadın? Səncə, Xorvatiya yüksək liqası Azərbaycan Premyer Liqasından üstün deyil?

"Varajdin"ə keçdiyim gündən uyğunlaşmaq mənim üçün çətin oldu. Özümü orada xoşbəxt hiss etmirdim. Öz oyunumdan da məmnun kimi görünmürdüm. “Qəbələ”yə keçmək variantı ortaya çıxanda, bura gəlmək üçün mübarizə apardım. Bunu etmək asan deyildi, amma sonda istədiyim alındı və buradayam. Səviyyəyə gəlincə, mən burada daha çox oyun görməliyəm. Hər halda, cəmi bir həftədir buradayam, ona görə də nəsə demək hələ tezdir.

- “Real”ın(Madrid) yetirməsisən. Maraqlıdır, əsas komandaya qədər yüksəlmək şansın olmayıb? 

Xeyr. Amma mən 10 il “Real”ın akademiyasında oynamışam. Orada çox şey öyrənmişəm.

- "Qəbələ”də əsas hədəfin nədən ibarətdir? 

Mənim əsas məqsədim “Qəbələ”nin uğurları üçün hər şeyimi vermək olacaq. Daim peşəkar qalacam və komandamın turnir cədvəlində mümkün qədər yüksəkdə olmasına çalışacam. Ümidvaram ki, hər şey yaxşı alınacaq. 

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://sportal.az
archiveBu xəbər 18 Avqust 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see212

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see209

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see201

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see182

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see176

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see172

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see168

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see167

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see165

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see151

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see142

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see142

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see139

İranda etirazların səkkizinci günüdür

04 Yanvar 2026 09:16see136

ABŞ ın Venesuelada irimiqyaslı əməliyyat keçirəcək

04 Yanvar 2026 08:59see129

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri