Icma.az
close
up
RU
“Real”ın yetirməsi: “Oyunumla “Qəbələ”yə kömək edəcəyimə inanıram”

“Real”ın yetirməsi: “Oyunumla “Qəbələ”yə kömək edəcəyimə inanıram”

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Qəbələ”nin futbolçusu Xayme Syerranın “Futbolpress.az“a müsahibəsi:

– Azərbaycan çempionatında ilk oyunlara çıxmışınız. Təəssüratınız necədir?
– Gördüm ki, liqanın yaxşı səvviyəsi var. Burda oyun üslubları fərqlidir, stadionlarda fərqli atmosferlər olur. Lakin hələ 3 oyuna çıxmışam və daha dolğun danışmaq üçün vaxta ehtiyac var.

– Daha əvvəl Xorvatiyada, İspaniyada və Belçikada oynamışınız. Bu liqalarla Premyer Liqanı necə müqayisə edərdiniz?
– İspaniya və Xorvatiya bir-birinə çox bənzəyir. Orda taktiki oyun və topsuz pressinqə üstünlük verilir. Belçikada isə oyunlar daha çox fərdi mübarizə şəklində keçir. Azərbaycanda fərqli yanşma var. Liqalar, xüsusilə komandalar haqda danışmaq üçün bir az zaman keçməlidir.

– “Real”ın yetirməsiniz. Oynadığınız liqalar, keçdiyiniz təcrübə sizdən gözləntiləri yüksək tutur. Bu, üzərinizdə təzyiqə səbəb olmur?
– Qətiyyən yox. İlk iki oyunda düşünürəm ki, yaxşı oynadım. “Araz-Naxçıvan”la matçda isə həm komanda şəklində, həm də fərdi olaraq yaxşı olmadıq. Uyğunlaşma üçün daha çox zaman lazımdır. Oyunumla “Qəbələ”yə kömək edəcəyimə inanıram.

– “Qəbələ”yə və Azərbaycana gəlməklə hansı hədəflərə çatmağı planlaşdırırsınız?
– Futbolçu kimi daim yaxşı olmaq, inkişaf etmək və irəliləmək istəyirəm.

– Çempionatda hər oyun qol vurub uduzan yeganə komandasınız. Qələbə üçün nə çatmır?
– Önə keçirik və sonra bəxtsizlikdən qol buraxırıq. Bəzən fərdi səhvlərimiz də bizi geri salır. “Araz-Naxçıvan”la oyunda ümumiyyətlə yaxşı oynaya bilmədik. Qol vurandan sonra rahatlaşmamaq, işləmək lazımdır. Gənc komandayıq. Qarşıdakı matçlarda da çətinlik çəkməmək üçün səhvlərdən tez nəticə çıxarmalıyıq.

– Hazırda fasilədir. Bu, komandaya necə təsir edəcək?
– Uyğunlaşma baxımından vaxtımız olacaq. Həm də imkan olduqca Qəbələni, buranın mədəniyyətini tanımağa çalışacam.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:158
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 02 Sentyabr 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri