Icma.az
close
up
RU
“Real” İspaniyanı boykotla təhdid edir

“Real” İspaniyanı boykotla təhdid edir

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İspaniya çempionatının 28-ci turunda “Vilyarreal”ı məğlub edən (2:1) “Real” birgünlüyə turnir cədvəlinin ilk pilləsində qərarlaşdı. Ancaq final fitindən sonra klub təmsilçiləri qələbəni bayram etmək əvəzinə qəzəbdən yerə-göyə sığmırdı.

Baş məşqçi Karlo Ançelotti və futbolçular birağızdan təqvimin sıxlığından gileyləndilər.
Onlar nədən narazıdı?
“Real” çərşənbə günü Çempionlar Liqasının 1/8 finalı çərçivəsində “Atletiko” ilə ağır səfər oyunu keçirdi və penalti seriyasında dəqiq olmaqla növbəti mərhələyə adladı. Madrid derbisi və “Vilyarreal” ilə oyun arasında vaxt fərqi üç sutkadan az çəkdi. “Ağ şimşəklər” şənbə günü “sarılar” qarşısında yetərincə yorğun görünürdü.
Yığma oyunlarına görə yaranan fasilədən sonrakı təqvim də sıxdı: martın 29-u, Bakı vaxtı ilə 00.00-da “Real” çempionat oyununda “Leqanes”lə qarşılaşacaq, aprelin 1-i, saat 23.30-da isə ölkə kubokunun yarımfinal mərhələsinin “Real Sosyedad”la cavab oyunu başlayır – bu oyunlar arasında vaxt da 72 saatdan azdı. Ançelotti “Vilyarreal”la oyundan sonra bəyan etdi ki, 72 saatlıq fasilə olmayacağı təqdirdə komanda bir daha meydana çıxmayacaq. Bildiyiniz kimi, FİFA futbolçuların bərpa olunması və sağlamlığı üçün ən azı üç gün dincəlməyi məsləhət görür. İtaliyalı mütəxəssisin dedikləri:

“Bundan sonra da dincəlmək üçün 72 saatdan az vaxtımız olarsa, meydana çıxmayacağıq. Bu absurddu. Futbolçularımı tərifləməli və onlara təşəkkür etməliyəm – bu qələbə onlar haqda çox şeyi anladır. Uşaqların vəziyyəti çox çətin idi, ancaq vəzifənin öhdəsindən gəldilər”.


Aneçlottini təqvimin sıxlığından narazılıq edən futbolçuları da dəstəklədi. Qapıçı Tibo Kurtuanın fikri: “Biz nə vaxt lazımdısa, onda da oynayırıq. Ancaq bu anormal haldı – çərşənbə günü 120 dəqiqə oynayandan sonra şənbə günü də meydana çıxdıq. Oyuna pis başladıq ki, bu anlaşılandı. Axı çox yorulmuşduq. La Liqa üç böyük komandanın oyununu eyni günə salmaq istəmir”.
“Vilyarreal”la oyunda dubl edən Kilian Mbappe də narazılar sırasında idi:

“Çox vacib və çox çətin oyun idi. Ona görə ki, “Vilyarreal” da turnir cədvəlinin yuxarı hissəsində qərarlaşıb. Çox yorulmuşduq – “Atletiko” ilə ÇL oyununu hamı görüb, yüksək intensivliklə oynadıq. Hər 3 gündən bir oynamaq çətindi. Ancaq biz klubun emleminə hörmət etməliyi, onun naminə bütün gücümüzü ortaya qoymalıyıq”.


La Liqa günahsız olduğunu iddia edir
“Real”ın La Liqa rəhbərliyinə də iradı var. Klub telekanalı hətta FİFA-dan məsələyə müdaxilə etməyi xahiş edib ki, komanda oyunlar arasında 72 saat dincəlmək imkanı qazansın. Daha bir maraqlı məqam odu ki, Ançelotti La Liqa rəhbərliyinindən oyunun bir gün sonra keçirilməsini iki dəfə istədiklərini, amma imtina cavabı aldıqlarını bildirib.
Amma La Liqa belə iddiaları yaxın buraxmır. Liqanın rəhbəri Xavyer Tebas “Marca” ilə söhbətdə “Real”dan belə bir xahiş daxil olmadığına əmin edib. Başqa dəlillər də var: oyunlar arasında 72 saat vaxtın olması FİFA-nın məsləhətidi, belə bir sərt qayda yoxdu, üstəlik təqvimin məhz belə olacağı hələ fevralın 25-də bilinirdi, ancaq “Real” onda heç bir irad bildirməmişdi. Tebasın fikri:

“Karlo, əminəm ki, klubun direktoru Emilio Butragenyo səni La Liqanın “Leqanes”lə oyunu şənbə günü saat 16.15-də başlamaq təklifindən xəbərdar edib, belədə “Real Sosyedad”la oyuna hazırlaşmaq üçün daha çox vaxt qazanacaqdız. Ancaq Emilio La Liqanın yarışların keçirilməsi üzrə direktorundan xahiş edib ki, oyun saat 21.00-da başlasın – güman edirəm ki, sənin göstərişin və razılığın ilə. Belədə yığma fasiləsindən sonra klubun düşərgəsinə qayıdan futbolçularınız daha çox vaxt qazanacaq. Bu üzdən də şənbə oyununun final fiti ilə çərşənbə axşamı keçiriləcək kubok oyununun start fiti arasındakı vaxt 72 saatdan da az olacaq”.


Doğrudan da, Tebasın “Real”ın haqqında danışdığı növbəti iki oyunu arasındakı zaman kəsiyi 72 saata çatmayacaq. Ardından Madrid nəhəngini “Valensiya” ilə çempionat və “Arsenal” ilə ÇL oyunu gözləyir. Düzdü, bu oyunlar arasındakı zaman limiti 72 saatdan çox olacaq.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 04 Aprel 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see647

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see277

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see265

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see251

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see233

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see233

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see223

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see214

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see205

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see197

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see193

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see193

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see187

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see186

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see183

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see182

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see178

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see176

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see170

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri