“Real Madrid” Erlinq Holandın transferi ilə bağlı danışıqlara başlayıb
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Madridin “Real” futbol klubunun rəhbərliyi “Mançester Siti”nin hücumçusu Erlinq Holandın transferi ilə bağlı danışıqlara başlayıb.
İdman.Biz xəbər verir ki, bu barədə jurnalist Ekrem Konur məlumat yayıb.
Norveçli futbolçu hücum xəttini gücləndirmək üçün “Real”ın uzunmüddətli transfer planlarında əsas hədəflərdən biri olaraq qalır.
Qeyd edək ki, Holand cari mövsümdə 14 oyunda meydana çıxıb və 14 qol vurub.
Əlavə edək ki, Holandın transferi qarşısındakı əsas maneə onun “Mançester Siti” ilə qüvvədə olan müqaviləsidir. 26 yaşlı norveçli hücumçu 2025-ci ilin yanvarında İngiltərə klubu ilə 2034-cü ilin yayınadək yeni müqavilə imzalayıb. Bu isə onun transferi ilə bağlı mümkün danışıqları xeyli çətinləşdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 19 Noyabr 2026 17:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















