Real Madrid Mourinyoya təklif göndərib? Özü cavab verdi
Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Benfika"nın baş məşqçisi Joze Mourinyo Madridin "Real Madrid" klubunun ona maraq göstərməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
BAKU.WS xəbər verir ki, portuqaliyalı mütəxəssis "A Bola" nəşrinə açıqlamasında yayılan iddiaları təkzib edib.
"Real"dan mənimlə heç kim əlaqə saxlamayıb, sizi əmin edə bilərəm. Mən artıq uzun illərdir futboldayam və bu cür xəbərlərə öyrəşmişəm, amma "Real"dan heç bir müraciət olmayıb. "Benfika"ya gəlincə isə vəziyyəti bilirsiniz: klubla daha bir illik müqaviləm var", – deyə o, qeyd edib.
Buna qədər bir sıra KİV-lər portuqaliyalı mütəxəssisin yenidən "kral klubu"na qayıtmaq istədiyini yazmışdı. Hətta bu transferdə klub prezidenti Florentino Peresin maraqlı olduğu vurğulanırdı.
Xatırladaq ki, Mourinyo 2010–2013-cü illərdə "Real Madrid"ə rəhbərlik edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 01 May 2026 20:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















