Real Madrid tarixi ərzində belə duruma düşməmişdi
Icma.az, Fanat portalına istinadən məlumat verir.
İspaniya La Liqasının 13-cü turu çərçivəsində Madrid "Real"ı "Osasuna"nı qəbul edib.
Fanat.Az xəbər verir ki, qarşılaşma Karlo Ançelottinin komandası üçün zədə baxımından əsl fəlakət olub.
Matçın 20-ci dəqiqəsində Rodriqo ağır zədə aldığı üçün əvəzlənib. On dəqiqə sonra "Real" növbəti itki ilə üzləşib. "Real"ın müdafiəçisi Eder Militao zədələnib. Amma bu hamısı deyildi. Lukas Vaskes zədə səbəbindən ikinci hissədə meydana çıxmayıb.
"Dailsports"un məlumatına görə, bu, "Real Madrid" tarixində ilk dəfə yaşanıb. Belə ki, madridlilər indiyə qədər heç vaxt La Liqa matçında bir hissə ərzində zədə səbəbindən üç futbolçusunu itirməmişdi.
Xatırladaq ki , “Real Madrid” “Osasuna” ilə matça heç də yaxşı əhval-ruhiyyədə yanaşmamışdı. “Kral klubu” çempionatda “Barselona”ya (0:4), UEFA Çempionlar Liqasında isə “Milan”a (1:3) uduzmuşdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 09 Noyabr 2024 23:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















