“Real Madrid” yetirməsi La Liqada 33 illik rekordu yenilədi
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Xetafe”nin futbolçusu David Soria İspaniya La Liqasında ardıcıl 193-cü dəfə start heyətində meydana çıxıb.
İdman.Biz bildirir ki, “Xetafe”nin qapıçısı David Soria La Liqanın son turunda “Osasuna” ilə matç Soria üçün La Liqada start heyətində başladığı ardıcıl 193-cü oyun olub.
33 yaşlı qapıçı yarımmüdafiəçi Xuan Antonio Larranaqanın 33 il qüvvədə qalan rekordunu yeniləyib. Larrañaqa ardıcıl 192 oyunda start heyətində meydana çıxmışdı. O, karyerası ərzində yalnız “Real Sosyedad”da (1980–1994) çıxış edib.
Sorianın seriyası 2021-ci ilin avqustunda 2021/22 mövsümünün I turunda “Valensiya”ya qarşı oyundan (0:1) başlayıb.
Soria Madrid “Real”ının yetirməsidir. O, 2018-ci ildə “Xetafe”yə keçib. Qapıçı bu klubun heyətində ümumilikdə 306 oyun keçirib, 332 qol buraxıb və 101 matçda qapısını toxunulmaz saxlayıb.
Soria daha əvvəl “Sevilya”nın heyətində çıxış edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 31 Avqust 2026 23:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















