“Real” üçün kabus kimi “El Klassiko” Barselona dan 7:0
Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İspaniya qadınlar liqasının VI turunda “Barselona” “Real”ı böyük hesabla məğlub edib.
Apasport.az xəbər verir ki, “Spotify Camp Nou”da keçirilən “El-Klassiko” Kataloniya təmsilçisinin 7:0 hesablı qələbəsi ilə başa çatıb.
“Barselona”nın heyətində Klaudiya Pina 4 qol vurub. Karolin Qrem Hansen, Eva Payor və Sidni Şertenleyb hərəyə bir dəfə fərqləniblər. Payor qol vurmaqla yanaşı, 2 məhsuldar ötürmə də edib.
Görüşü stadiondan 40 533 azarkeş izləyib. Bu, İspaniya qadınlar liqası tarixində yeni tamaşaçı rekordu olub.
“Barselona” bu qələbədən sonra 6 oyundan maksimum 18 xal toplayaraq turnir cədvəlində liderliyini möhkəmləndirib.
“Real” isə ilk məğlubiyyətini alaraq 13 xalda qalıb.
Qeyd edək ki, “Barselona” növbəti turda “Logronyo” ilə, “Real” isə “Espanyol”la qarşılaşacaq.
Bu günün futbol matçları – Hansı oyun hansı kanalda? “Fənərbaxça” Bakıdan qalib ayrılır - YENİLƏNİB “Sabah”dan Kosovo klubuna Rafinya bütün rəqiblərini geridə qoydu Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 05 Oktyabr 2026 09:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















