Real ulduz vingeri rənglərinə bağlamağa yaxındır
Icma.az, Fanat saytına istinadən bildirir.
"Real Madrid" "Leyptsiq"in cinah hücumçusu Yan Diomandenin transferini reallaşdırmağa yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Məlumata görə, "Real Madrid" ulduz futbolçu üçün "Leyptsiq"ə 100 milyon avrodan çox transfer haqqı ödəyəcək.
Həmçinin bildirilir ki, 19 yaşlı futbolçu tibbi müayinədən keçmək və müddəti 2031-ci ilin iyununa qədər nəzərdə tutulan müqaviləyə imza atmaq üçün bu həftə Madridə yollanacaq.
Diomande uğrunda mübarizə aparan PSJ isə yüksək transfer haqqı və maaş tələblərini əsas gətirərək danışıqlardan geri çəkilib. Paris klubu bildirib ki, Diomande üçün irəli sürülən maliyyə şərtləri bazar balansını pozur və klubun maliyyə siyasətinə uyğun gəlmir.
Diomande cari mövsümdə "Leyptsiq"in heyətində 36 oyuna çıxaraq 13 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Əlisahib İbrahimli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 28 İyul 2026 20:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















