Realın 19 yaşlı futbolçusu karyerasını bitirdi
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Real"ın futbolçusu Mark Kukalon 19 yaşında karyerasını başa vurub.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Madrid klubunun yetirməsi sosial şəbəkədə məlumat verib.
Buna səbəb futbolçuda xroniki zədənin olmasıdır. Kukalonun daha əvvəl dizinin çarpaz bağı yırtılıb və əməliyyat zamanı bakteriyalar oynağına daxil olub ki, bu da nadir hallarda rast gəlinən infeksiyaya səbəb olub. Bundan sonra gənc futbolçu dizindəki problemi aradan qaldıra bilməyib. Nəticədə o, karyerasını bitirməyə məcbur olub.
Qeyd edək ki, yarımmüdafiəçi "Real"ın heyətində Gənclər Çempionlar Liqasında 4 oyun keçirib və sözügedən zədəni oyunlardan birində alıb.
Milli.Az
Baxış sayı:53
Bu xəbər 13 Noyabr 2024 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















