“Real”ın 6 əsas futbolçusu zədələnib Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İspaniyanın "Real” klubunun UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda qarşılaşacağı İngiltərə təmsilçisi "Liverpul”la matçdan öncə 6 əsas futbolçusu zədələnib.
Madrid klubunun üzvlərindən David Alaba, Dani Karvahal, Eder Militao, Orelyen Çuameni, Rodriqo və Lukas Vaskes hazırda zədədən əziyyət çəkirlər.
Belçikalı qapıçı Tibo Kurtua isə sağalaraq komandaya dönüb. Hazırda baş məşqçi Karlo Ançelottinin sərəncamında əsas komandadan cəmi 16 nəfər qalıb.
Qeyd edək ki, İspaniya klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin turnir cədvəlində 18-ci pillədə qərarlaşıb. Komanda geridə qalan 4 turda "Ştutqart”ı (Almaniya) 3:1, "Borussiya”nı (Dortmund, Almaniya) 5:2 hesabı ilə məğlub edib. "Lill”ə (Fransa) 0:1, "Milan”a (İtaliya) isə 1:3 hesabı ilə uduzub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 18 Noyabr 2024 19:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















