Icma.az
close
up
RU
Reallaşan terrorsuz Türkiyə çağırışı özünü buraxıb təslim olan PKK ŞƏRH

Reallaşan terrorsuz Türkiyə çağırışı özünü buraxıb təslim olan PKK ŞƏRH

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Türkiyə regional və qlobal miqyasda silahlı münaqişə yaradan bir qruplaşmanın sıradan çıxmasına nail olub.

Mayın 5-7-də PKK terror qruplaşması 12-ci toplantısında özünü buraxdığını elan edib. Onun yaydığı açıqlamada səbəb olaraq "PKK-nın tarixi missiyasını bitirməsi" göstərilib. Bildirilib ki, PKK adı altında bütün fəaliyyət başa çatıb.

2025-ci il fevralın 27-də həbsdə olan PKK başçısı Abdullah Öcalan tərəfdarlarını türk dövlətinə qarşı silahlı mübarizəni dayandırmağa, silahları təhvil verməyə çağırdı. Bundan sonra Türkiyə ilə münaqişədə atəşkəs elan olundu, gələcək strategiyanın müzakirəsi başlandı.

PKK terror qruplaşması özünü niyə buraxır? Türkiyənin uğuru nədir?

Terror qruplaşmasının yaydığı açıqlamada Türkiyə Böyük Millət Məclisinin oynayacağı rol vurğulanıb. Bəyanatda hökumət və əsas müxalifət partiyası başda olmaqla məclisdə təmsil olan bütün siyasi partiyalar, vətəndaş cəmiyyəti təşkilatları, din və inanc icmaları, demokratik mətbuat qurumları, ictimai rəy liderləri, ziyalılar, akademiklər, sənətçilər, fəhlə-kəndli həmkarlar ittifaqları, qadın-gənclik təşkilatları, ekoloji hərəkatlar sülh və demokratik cəmiyyət prosesinə qatılmağa çağırılıb.

Qruplaşmanın bəyanatında vurğulanıb: “PKK-nın mübarizəsi xalqımıza qarşı yönəlmiş inkar və məhvetmə siyasətini dağıtdı. Kürd məsələsini demokratik siyasət vasitəsilə həll edilə biləcəyi nöqtəyə gətirdi, beləliklə öz tarixi missiyasını yerinə yetirdi”.

Açıqlamanın bu hissəsinə əlüstü münasibət bildirməmək olmur. Qruplaşmanın özünü uğrunda mübarizə apardığını elan etdiyi etnik qrup Türkiyədə inkar edilməyib. Yaxud onların məhv edilməsi arxivə getməkdə olan PKK-nın özünə haqq qazandırmaq cəhdidir. Onlar Türkiyəyə, onun təhlükəsizliyinə təhdid mənbəyi rolunda olub. Onun yarandığı dövrə nəzərə salınsa, mənzərə aydın olar.

Açıqlama bu şüarla bitir: “Yaşasın türk və kürd xalqlarının qardaşlığı, tam müstəqil Türkiyə!”. Artıq tarixə qovuşan qurumun bəyanatından bəzi örnəklər göstərdik.

PKK 1978-ci ildə Türkiyənin Lice bölgəsinin Fis kəndində Abdullah Öcalan və onu dəstəkləyən 21 nəfər tərəfindən qurulub. 2005-ci ilə qədər onun əsas ideologiyası marksizm-leninizm olub. Sonra qruplaşmanın siyasi ideologiyası demokratik konfederalizm üzərində qurulub. PKK-nın ideoloji quruluşu marksizm-leninizm, maoçuluq, apoçuluq, “kürd milliyyətçiliyi” və demokratik konfederalizm olub.

Solçuların qibləsi SSRİ süquta uğradıqdan sonra Moskvanı Pekin, Lenini isə Mao əvəzlədi. Türkiyə İşçi Kəndli Partiyası kimi o, 1078-1980-ci illərdə Türkiyənin Cənub-Şərq bölgələrinə müxtəlif hücumlar təşkil edib. PKK Siverekdə yerləşən Bucak tayfasına və bölgədəki mülki şəxslərə qarşı silahlı əməliyyatlar həyata keçirib. 1980-ci il sentyabrın 7-də leytenant İlyas Bayraktutar müxtəlif işgəncələrlə öldürülüb.

Maddi olaraq kifayət qədər dəstək alandan, kifayət qədər silahlı dəstələr qurandan sonra qruplaşma 1984-cü ildə həyata keçirdiyi Eruh və Şemdinli basqınları ilə Türkiyə təhlükəsizlik qüvvələrinə və mülki şəxslərə qarşı ilk hücumlarını həyata keçirdi.

Qruplaşmanın maliyyə qaynağı narkotik vasitələrdən gələn gəlirlər olub. Sonralar buraya neft qaçaqmalçılığı, insan alveri və başqa cinayətlərdən əldə edilən gəlir də daxil oldu.

ABŞ, Avropa İttifaqı, Avstraliya və başqa ölkələr PKK-nı terror qruplaşması olaraq tanıyıb. ABŞ onu 1997-ci il avqustun 10-dan terrorçu təşkilatlar siyahısına daxil edib. 2003-cü ildə isə Dövlət Departamenti PKK-nın hansı ad altında fəaliyyət göstərməsindən asılı olmayaraq, onun terror təşkilatı kimi qəbul edildiyini açıqlamışdı.

Artıq keçmiş PKK lideri Murat Karayılan 2024-cü il avqustun 15-də 1984-cü il hücumlarını anma nitqində demişdi: “Orta Şərqdə azad və müstəqil bir Kürdistanın yaranması üçün müharibəni gücləndirəcəyik”.

O, bu ilin mart ayında Abdullah Ocalanın çağırışına qarşı da çıxmışdı.

PKK istifadə müddəti başa çatan qruplaşma idi. Regionda baş verən hadisələr fonunda onun varlığı "patronlarının" və özünün əleyhinə işləyirdi. Xüsusən, Qəzza, Livan və Suriyadakı hadisələr PKK-ya silahlı mübarizdən əl çəkməkdən başqa yol qoymadı.

2015-cı ildə Türkiyə hakimiyyətinin təklif etdiyi sülh və həll prosesindən PKK sui-istifadə edərək ölkənin cənub-şərq əyalətlərini mərkəzi hakimiyyətin nəzarətindən çıxarma taktikasını seçdi. Onların bu fəaliyyəti 2016-cı ilin mart ayında “xəndək əməliyyatı” ilə başa çatdı. Bundan sonra Türkiyə bu terror qruplaşmasına qarşı mübarizəni Suriya və İraqda genişləndirdi. Terrorçuları dəstəkləyən regional və bölgədən kənar havadarların Türkiyəyə qarşı fəaliyyəti, apardığı təbliğat iflas oldu.

Suriyada hakimiyyət dəyişikliyi Türkiyənin apardığı antiterror əməliyyatlara dəstək verdi. Yeni hakimiyyət PKK-nın ölkədəki YPG-PYD qollarına və onların təsis etdikləri Suriya Demokratik Güclərinə tərk-silah çağırışı etməsi terror qruplaşmasını aciz duruma saldı. Rəsmi Ankaranın həyata keçirdiyi təhlükəsizlik tədbirləri, antiterror əməliyyatları PKK-nı dalana dirədi. Bu baxımdan, onların özlərini buraxması reallıq qarşısında çıxılmaz vəziyyətdə qalaraq Türkiyəyə təslim olmaq kimi də dəyərləndirilə bilər.

PKK regional ölkələrin hakimiyyət və rejimləri ilə birlikdə də uzun müddət Türkiyəyə qarşı fəaliyyət göstərib. O, regional ölkələrin ərazi bütövlüyü və təhlükəsizliyi üçün təhdid mənbəyi olub.

İraqın şimalında yerli özünü idarəetmə orqanı yarandıqdan sonra PKK oxşar quruluşları Suriyada, Türkiyədə, bir müddət sonra isə İranda yaratmağı hədəfləmişdi.

Suriyada Əhməd əş-Şaraa hakimiyyətinin onları silahları təhvil verməyə çağırması, İraq hakimiyyətinin PKK-ya qarşı qadağan və məhdudlaşdırıcı tədbirləri həyata keçirməsi, İranın rəsmi Bağdada xəbərdarlıqları qruplaşmaya qarşı region dövlətlərinin tutduğu sərt mövqenin göstəricisi sayılır.

PKK-nın böyüyüb şişməsində Tehran, Bağdad, Dəməşq əvvəllər az rol oynamayıb. Onlar qruplaşmadan Türkiyə əleyhinə zaman-zaman yararlanıblar. Hətta bu silahlı dəstəyə qarşı "mübarizə aparmaq"la yanaşı, regional ölkələri və beynəlxalq ictimaiyyəti bu terror bəlasına "qarşı çıxmağa", "əməkdaşlıq etməyə" çağırıblar.

Lakin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın elan etdiyi “terrorsuz Türkiyə” çağırışı öz nəticəsini verir. O, bu çağırışın artıq yeni bir mərhələyə keçdiyini bildirmişdi: “Qarşımızda minillik qardaşlığımızın arasına hörülən terror divarının yıxılmasına gedilən yolda tarixi bir addım atma fürsəti vardır. Son dövrdə getdikcə həyasızlaşan imperialist niyyətlər, girilən yeni yolu çox daha mənalı hala gətirmişdir. Başlayan prosesin bütün ünsürləri ilə yerinə yetirilib-yetirilmədiyini əlaqədar qurumlarımız vasitəsilə diqqətlə izləyəcəyik”.

PKK keçmiş sovetlər dönəmində Moskva tərəfindən Türkiyəyə qarşı yaradılmış bir sol təşkilat idi. Sovetlər 34 ildir yoxdur. Onun törəməsindən istifadəyə cəhdlər isə uğursuzluqla nəticələndi. Ankara onların oyunlarını poza bildi. Türkiyə terrora və onu dəstəkləyənlərə qarşı davamlı mübarizə aparan demokratik, sülhsevər dövlət olduğunu bir daha nümayiş etdirdi.

Mayın 15-də Rusiya ilə Ukrayna arasında birbaşa danışıqlar üçün Türkiyənin yenidən məkan olaraq seçilməsi də təsadüfi sayılmır. Rusiya-Ukrayna müharibəsində ilk birbaşa görüş də 2022-ci il martın 29-da İstanbulda Dolmabağça sarayında keçirilmişdi.

İndi tərəflərin ilkin şərt irəli sürmədən yenidən Türkiyədə toplaşması gözlənilir. Ukrayna Prezidenti İstanbulda rusiyalı həmkarı Vladimir Putini gözləyəcəyini artıq bəyan edib.

Terrorçulara və terrorçuluğa qarşı ardıcıl mübarizə aparması, əvvəldən Rusiya-Ukrayna liderlərini danışıqlara çağırması, regional dövlətlərin ərazi bütövlüyünü müdafiə etməsi, enerji daşıyıcılarının təhlükəsiz nəqlində aparıcı rollardan birinə malik olması, qlobal nəqliyyat xətlərində birləşdirici funksiyası, türk və islam dünyasında nüfuzu, elmi, texnoloji və iqtisadi inkişafı Türkiyənin beynəlxalq səviyyədə uğuruna təkan verən amillərdir. Bu baxımdan, rəsmi Ankaranın həyata keçirdiyi “terrorsuz Türkiyə” çağırışı "terrorsuz dünya"da da reallaşa bilər.

Sədrəddin SOLTAN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 May 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyevlə Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub

10 Avqust 2025 16:52see185

Şimali Makedoniya klubunun futbolçusu: Qarabağ ı məğlub etməyə çalışacağıq

11 Avqust 2025 22:27see164

Semaşko xəstəxanası koronavirusa görə bağlandı

11 Avqust 2025 04:51see148

Xərçəng kimləri hədəfə alır?

10 Avqust 2025 16:35see135

Fərid Qayıbov: “Gəncə şəhər stadionu ölkənin ən yaxşı futbol arenası olacaq”

10 Avqust 2025 14:27see128

Azyaşlı uşaq kimi qarşısındakına naz etmək Rusiyaya yaraşmır

11 Avqust 2025 19:39see127

İngiltərə Superkubokunu bu klub qazandı

10 Avqust 2025 22:38see125

Kasım Jomart Tokayev İlham Əliyevə zəng edib

10 Avqust 2025 15:51see124

Dağıstanda yol qəzası olub

10 Avqust 2025 21:30see122

Ağdam və Xocavənddəki yanğın söndürülüb (Yenilənib)

10 Avqust 2025 16:55see121

Rusiyanın 190 milyardı Ukraynaya verilir FT

11 Avqust 2025 09:00see120

Yaponiyanın futbol millisinin ən yaxşı bombardiri vəfat etdi

11 Avqust 2025 04:42see120

Avropa liderləri Putindən əvvəl Trampla danışmaq istəyirlər

10 Avqust 2025 23:27see120

Türkiyəli nazir: “18 nəfər evə buraxılıb, 11 yaralının müalicəsi davam edir”

11 Avqust 2025 07:50see120

Azərbaycanlı gənc futbolçu Norveç klubunda

10 Avqust 2025 16:55see120

Rəsmi Bakı istədiyini əldə etdi və İrəvana bunu güzəştə getdi

12 Avqust 2025 02:09see118

Sülh üçün sonuncu maneə....

10 Avqust 2025 23:57see118

İnterpolun axtardığı azərbaycanlı bu ölkədə SAXLANILDI

10 Avqust 2025 15:51see116

Rusiyanın Zəngəzur həyəcanı: bunu heç kim gözləmirdi Sürpriz qərar

11 Avqust 2025 08:02see116

Britaniya vergi xidməti sosial şəbəkə paylaşımlarını süni intellektlə izlədiyini etiraf edib

12 Avqust 2025 02:00see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri