Icma.az
close
up
RU
Öcalanın çağırışı Türkiyə üçün ciddi uğurdur ŞƏRH

Öcalanın çağırışı Türkiyə üçün ciddi uğurdur ŞƏRH

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

PKK-nın bərpası ilə bağlı geriyə qayıdış mümkün deyil


İndi qarşıda PKK-nın ləğvi ilə bağlı yol xəritəsinin ustalıqla həyata keçirilməsi durur



“Sözlərinin üstündə durmasalar, bizdən inciməsinlər. Son terrorçu məhv edilənə qədər əməliyyatlarımızı davam etdirərik. Hədəfimizə çatmağımıza kimsə mane ola bilməyəcək”. Bu açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. Ərdoğan son 10 ildə terrorçularla mübarizədə ciddi nəticələrin əldə edildiyini vurğulayıb: "İndi bütün dünyada təyyarəsi, tankı, topu, raketi ilə fərqlənən Türkiyə var. Biz başqalarının gündəmindən asılı vəziyyətə düşmədən, öz tariximizi yazırıq". Qeyd edək ki, PKK-nın həbsdəki lideri Abdullah Öcalanın terror təşkilatına tərk-silah müraciətindən sonra PKK atəşkəs elan etdiyini açıqlayıb. Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz deyib ki, terror təşkilatının heç bir danışıqlar aparılmadan ləğvi həm demokratiya, həm də təhlükəsizlik sahəsində yeni mühit və dövr deməkdir. Onun sözlərinə görə, terrorsuz Türkiyə hədəfində yeni mərhələyə keçilib: "Biz müvafiq qurumlarımızla birlikdə bu yeni mərhələni və onun meydandakı konkret əksini diqqətlə izləyəcəyik. Ümid edirik ki, yaranan bu fürsət dəyərləndiriləcək, bu səy tez bir zamanda uğurla yekunlaşacaq və bölgəmizdə imperiya ambisiyaları ilə planlar quranların tələləri ən qısa zamanda məhv olacaq". Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, sabiq milli müdafiə naziri Hulusi Akar deyib ki, burada hər hansı güzəştdən, amnistiyadan söhbət gedə bilməz: "Hər kəs cəzasını alacaq, bu ayrı məsələdir, amma terrora son qoymaq üçün səylər göstərilir". O bildirib ki, meydanda heç nə dəyişməyib: “Mehmetçik terrorçuların sığınacaqlarını dağıdır, gecə-gündüz terrorla mübarizə davam edir. Biz terrorsuz Türkiyə deyirik. Bu, güzəşt və ya kompromis deyil. Bu, şəhidlərimizin qanını görməzlikdən gəlmək deyil, biz bu məsələdə son dərəcə həssasıq. Prezident Rəcəb Tayyib Ərdoğan və cənab Baxçalı bu məsələdə hər cür həssaslıq nümayiş etdirdilər. Dünən lazımi açıqlama verildi və təşkilat rəhbəri “Silahlarınızı yerə qoyub təşkilatı ləğv edəcəksiniz” dedi. Bunu edib-etməmək öz ixtiyarındadır. Terrora son qoymaq əzmimiz və qətiyyətimiz mütləqdir. “Ölsək şəhid, qalsaq qazi olacağıq” anlayışı ilə sona qədər mübarizə aparacağıq. Məqsədimiz terror bəlasını dayandırmaq, Türkiyənin rifahı və gələcəyi üçün çalışmaqdır. İnanc və düşüncələrimizdə heç bir şəkildə dəyişiklik yoxdur. Terrorçu terrorçudur və Türkiyə Cümhuriyyəti öz yerində möhkəm qalır. Buna heç kimin şübhəsi olmasın”.

 “Hürriyet” qəzeti yazıb ki, A.Öcalanın tərk-silah çağırışına PKK əməl etməkdən imtina edəcəyi təqdirdə Ankara ətraflı fəaliyyət planı hazırlayır. Məlumata görə, İraqın şimalındakı Qəndil düşərgəsində yerləşən silahlılar silahı yerə qoymasa, bu, onların Öcalana sədaqətini şübhə altına alacaq.


Ədalət Partiyasının sədr müavini, siyasi şərhçi Mütəllim Rəhimov "Sherg.az"a deyib ki, dünya düzəninin dəyişdiyi indiki vaxtda PKK-nın ləğvi ilə bağlı Öcalanın açıqlaması Türkiyə üçün ciddi uğur sayıla bilər. Ekspertin sözlərinə görə, bu qərarın PKK lideri tərəfindən təklikdə deyil, siyasi həmfikirləri olan DEM partiyasının rəhbər heyətinin iştirakı ilə verilməsi onun üzərində oyunlar qurulmasını istisna edir:

seeBaxış sayı:185
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Mart 2025 05:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see942

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see400

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see351

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see339

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see316

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see309

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see271

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see269

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see250

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see217

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see216

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see212

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see211

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see206

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see204

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see203

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see202

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see188

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see184

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri