Icma.az
close
up
RU
Menu

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Sumqayıt ın Antalya toplanışı

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

Reallıq, yoxa illuziya... ABŞ ənənəvi olaraq özünü “qlobal polis” və “dünyəvi xilaskar” rolunda görür

Reallıq, yoxa illuziya... ABŞ ənənəvi olaraq özünü “qlobal polis” və “dünyəvi xilaskar” rolunda görür

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

ABŞ dövlət katibi Marko Rubio Ermənistanla Azərbaycan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid etdiyini bildirib. Rubio bunu prezident Donald Trampla görüşü zamanı deyib. Tramp administrasiyası dövründə həll edilən münaqişələri sadalayıb. "Sizin rəhbərliyiniz altında Hindistan və Pakistan arasında müharibənin qarşısı alındı və dayandırıldı, NATO (hərbi xərcləri) 5%-ə qədər artırdı ki, bu da tarixdə ən yüksək göstəricidir. Konqo Demokratik Respublikası ilə Ruanda arasında sülh sazişi imzalandı, 12 günlük müharibə (İsrail və İran arasında) ABŞ-ın hərəkətləri sayəsində dayandırıldı”, - deyə Marko Rubio bildirib. Dövlət katibi əlavə edib ki, bütün bunlar Trampın prezidentliyinin cəmi altı ayında mümkün olub."Rubionun saydığı müharibələr doğrudanmı ABŞ-ın vasitəçiliyi ilə yekunlaşdı? Və hətta bu müharibələr doğrudanmı yekunlaşdı?

Bizimyol.info xəbər portalına danışan Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə bildirib ki, Dünyada baş verən demək olar ki, bütün geosiyasi hərəkətlənmələrdə bu və ya digər şəkildə ABŞ-ın iştirakı yaxud təsiretmə imkanları var. Lakin bununla yanaşı qeyd olunmalıdır ki, bir sıra tarixi münaqişələrin tam və əhatəli həlli başqa aktorlar və təsir amilləri səbəbilə ABŞ-ın siyasi iradəsindən kənardadır: “Məsələn; Rusiya-Ukrayna müharibəsini qeyd etmək olar. Tramp hakimiyyətə gəlməzdən öncə bu münaqişəni 24 saat ərzində bitirə biləcəyini iddia etmiş, Rusiya rəsmiləri isə bu münaqişənin həllinin bu qədər “sadə” olmadığını bildirmişdilər. ABŞ ənənəvi olaraq özünü “qlobal polis”, “dünyəvi xilaskar” rolunda görür və ölkə rəsmiləri bunu öz mövqelərində yansıtmağa çalışırlar. Lakin bu, heç də hər zaman belə deyil. Məhz Hindistan və Pakistan münaqişəsinə gəlincə, bu iki ölkə arasında 1947-ci ildən bəri var olan münaqişənin bir anda sönməsi mümkün deyil. Aprel-may ayında baş verən siyasi gərginlik və ən son hərbi toqquşmadan sonra ABŞ-ın diplomatik dəstəyi ilə atəşkəs elan olunsa da bu, hələ ki, münaqişənin sonlandığı anlamına gəlmir”.

Şəhla Cəlilzadə

Politoloq bildirib ki, son hərbi toqquşma dövründə Hindistan 1960-cı ildə imzalanan “Hind çayları haqqında” müqavilənin icrasının dayandırıldığını elan etdi və bugünədək Pakistanı su təminatını kəsməklə hədələyir: “Bu barədə təhdidi bu yaxınlarda Hindistanın Daxili işlər naziri, Modidən sonra ölkədə ikinci şəxs hesab olunan biri səsləndirib. O, Hindistanın heç zaman bu müqaviləni bərpa etməyəcəyini iddia edib. Pakistanın hökümət rəsmiləri bildirir ki, artıq Hind çaylarından ölkəyə daxil olan suyun həcmi əvvəlki illə müqayisədə 10% azalıb və bu tendensiya artarsa qarşıdakı dövrdə ciddi su böhranı ilə nəticələnəcək. Xüsusilə, əkin dövrünün yaxınlaşdığını nəzərə aldıqda, bu sadəcə su böhranı deyil, ümumilikdə qlobal təsir doğuracaq qida böhranı da yarada bilər. Hətta növbəti Hindistan-Pakistan müharibəsi də yaşana bilər. Belə olan halda ABŞ-ın diplomatik dəstəyi, əlbəttə ki, müsbət olsa da, konyuktural deyil, tam əhatəli sülh planı ortaya qoyulmalıdır”.

Politoloq vurğulayıb ki, bu, eləcə də Ermənistan-Azərbaycan arasında sülhün təmin olunması ilə bağlıdır.

“Bu yaxınlarda ABŞ dövlət rəsmilərinə qeyri-rəsmi istinadla Carnegie Endowmentdə Zəngəzur dəhlizinin açılması ilə bağlı təklif ortaya atıldı. Bu təklif dəhliz üzərində ABŞ-ın təhlükəsizlik təminatçısı rolunu nəzərdə tutduğu üçün dərhal Ermənistan XİN reaksiya verərək belə bir planın rəsmi müzakirədə olmadığını açıqladı. Odur ki, ABŞ-ın ortaya atdığı istər sülh planı, istər qlobal dəhlizlərlə bağlı baxışları onun öz maraqları konteksində dəyərləndirilməlidir. Lakin bu planların regional sülhə və təhlükəsizliyə, həmçinin region dövlətlərinin milli maraqlarına töhfə verməsi həlledici faktordur” - Şəhla Cəlilzadə qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 İyul 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see257

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see251

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see235

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see225

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see190

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see188

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see177

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see171

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see162

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see159

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see148

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see147

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see146

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see142

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see141

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see140

Ermənistan Naxçıvanla sərhəddə gömrük postu tikəcək

14 Yanvar 2026 13:34see137

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see132

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri