Icma.az
close
up
RU
Reallıqları yaradan Azərbaycan Lideridir ŞƏRH

Reallıqları yaradan Azərbaycan Lideridir ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 23 noyabr, AZƏRTAC

Dövlətlərin və xalqların inkişaf tarixinə nəzər yetirdiyimiz zaman lider amilinin bu inkişafda əsas rol oynadığı məlum olur. Ukrayna məsələsi fonunda bu amil daha aydın görünür. Beynəlxalq təhlükəsizliyin qarantı qismində özünü göstərən aktorların soyuq yanaşmasının və ikili standartları tətbiq etməsinin nəticəsidir ki, haqqında bəh-bəhlə bəhs edilən demokratik dəyərlər yerlə-bir olub. Məhz bu reallıqları zamanında görən Prezident İlham Əliyev Azərbaycanı güclü etmək yolunda qətiyyətli addımlar atdı. Çünki güclü olmadan heç nəyə nail ola bilməyəcəyimiz son dərəcə aydın idi.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.

O qeyd edib ki, 30 illik işğal dövründə gördüyümüz sadəcə dişsiz-ünvansız bəyanatlar, işğalçı ilə işğala məruz qalan dövlət arasında fərq qoyulmadan verilən açıqlamalar idi: “Bir daha əmin olduq ki, dünya siyasəti qətiyyətli lider boşluğunda daha da itir-batır. Azərbaycan Lideri isə istər Ermənistanın, istərsə də ona havadarlıq edən qüvvələrin bütün məkirli planlarını, çirkli oyunlarını tərsinə çevirdi. Biz dünyaya sübut etdik ki, beynəlxalq hüquq işləməsə də, heç kim bizə qulaq vermək istəməsə də biz öz reallığımızı özümüz yarada bilərik. Belə də oldu. Həm müharibədə Zəfər əldə etdik, həm ərazi bütövlüyü və suverenliyimizi bərpa etdik, hətta əldə etdiyimiz tarixi Zəfəri dünyaya da qəbul etdirdik. Vaxt var idi Azərbaycana qarşı ən barışmaz mövqedə dayanan aktorlar bu gün bölgədə heç bir layihənin, heç bir reallığın Azərbaycansız qəbul edilə bilməyəcəyini dərk edirlər, bununla barışır, uzlaşırlar. Məhz bu reallıqları yaradan dərin siyasi biliyi, uzaqgörən diplomatiyası ilə seçilən Liderimiz İlham Əliyevdir. Dövlət başçımız heç bir mübaliğəsiz mümkünsüzü mümkün etməyi bacardı”.

Aydın Hüseynov bildirib ki, Azərbaycan diplomatiyasının əks-sədası regionumuzu, sərhədləri aşır. Azərbaycan Lideri sadəcə Ermənistanın deyil, ona havadarlıq edən qüvvələrin də üzərində Zəfər əldə etdi. Dövlət başçımız regionla bağlı ucuz, dağıdıcı planlar quran aktorları həmin dövrün status kvosunu rəsmiləşdirmək imkanlarından məhrum etdi.

“Azəbaycan Prezidenti bu yolda xalqına inandı, güvəndi. Məhz güclü dövlət-xalq-ordu birliyi nəticəsində biz bunlara nail ola bildik. Bu gün yeni reallıqlar üzərindən hərəkət edirik. Bu reallıqlarda regionumuza doğru istiqamətlənən istənilən dağıdıcı oxları geri çeviririk. Bunu bacaran isə həm Lider kimi öz adını, həm də xalqının və dövlətinin adını yeni dünya tarixinə qızıl hərflərlə yazmağı bacaran İlham Əliyevdir”, - deyə o vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Noyabr 2025 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see690

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see420

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see251

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see226

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see208

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see200

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see197

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see196

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see193

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see191

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see190

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see188

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see187

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see181

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see181

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see180

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see179

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see179

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see173

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri