Rəcəb Tayyib Ərdoğan: Türkiyə və Azərbaycan sülhün, rifahın tərəfindədir
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Bir millət, iki dövlət” prinsipinə əsaslanan qardaşlıq münasibətlərində böyük məsafə qət etmişik.
525.az xəbər verir ki, bunu Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə Prezidenti deyib ki, Azərbaycanla birgə strateji layihələr həyata keçirilib: “İğdır-Naxçıvan qaz kəməri enerji sahəsində strateji təşəbbüslərimizi tamamlayacaq”.
Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Türkiyə və Azərbaycan sülhün, rifahın tərəfindədir: “Bölgədə ancaq sabitlik, barış və əməkdaşlıq, birgə inkişaf istəyirik. Bu istiqamətdə indiyə qədər bir çox addımlar atdıq, səmimiyyətimizi göstərdik. İnşallah, bundan sonra bölgədə rifaha, barışa yönəlik hər cür layihəni birlikdə həyata keçirməkdə qərarlıyıq. Türkiyədə zəlzələ zamanı, ən ağır günlərdə necə can Azərbaycanı yanımızda gördüysək, biz da qardaşlarımızın ehtiyac duyduğu hər anda onların yanında olacağıq”. (APA)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 05 Mart 2025 18:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















