“Red Bull” 2026 cı il “Formula 1” mövsümü üçün avtomobillərinin yeni dizaynını təqdim edib FOTO
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-nin Detroyt şəhərində “Ford” və “Red Bull” konserninin yeni yarış mövsümünə həsr olunmuş təqdimatı keçirilib.
İdman.Biz xəbər verir ki, tədbir çərçivəsində “Red Bull” komandasının 2026-cı mövsümdə istifadə edəcəyi “RB22” bolidinin yarış livreyası ictimaiyyətə nümayiş etdirilib.
Avstriya təmsilçisinin dizaynı ümumilikdə ənənəvi üslubda qalsa da, əvvəlki versiya ilə müqayisədə müəyyən dəyişikliklər edilib.
Belə ki, bu dəfə mat boya yerinə parlaq boya tətbiq olunub, mavi rəng isə daha açıq çalarda təqdim edilib.

Qeyd edək ki, dördqat dünya çempionu Maks Ferstappenin yeni komanda yoldaşı “Red Bull”a “Reysinq Bulls”dan keçən İsak Hadjar olacaq və fransalı pilot əsas komandada Yuki Tsunodanı əvəz edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 16 Yanvar 2026 09:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















