“Red Bull” ilə Ferstappen arasındakı narazılıq artır
Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Formula-1” komandalarından “Red Bull”un rəhbərliyi dördqat dünya çempionu Maks Ferstappenin maliyyə tələblərindən narazıdı.
"Football-plus.az" xəbər verir ki, bununla bağlı xəbər yayan ESPN iddia edir ki, komanda ilə niderlandlı pilot arasında bir neçə məsələ ilə bağlı fikir ayrılığı yaranıb. Ferstappen sərəncamında olan bolidin durumundan narazıdı, belə hesab edir ki, məhz maşın onun mükafatçılar sırasına düşməsinə imkan vermir. Həmçinin Maks komandanın texniki məsələlərlə bağlı onun fikrini yetərincə nəzərə almadığını düşünür.
ESPN qeyd edir ki, fikir ayrılıqlarının nəticəsi kimi texniki direktor Pyer Vaşe ilə Ferstappenin yarış mühəndisi Canpyero Lambyaze arasındakı münasibətlər soyuyub, sonuncu “Maklaren”ə keçməyə hazırlaşır.
Bundan başqa, “Red Bull”da pilotun yeni müqaviləsi ətrafında da münaqişə yetişməkdədi. Ferstappenin menecmenti maliyyə şərtlərinin yaxşılaşacağına ümid edir, ancaq komananın rəhbərliyi, konkret “Red Bull” şirkətinin icraçı direktoru Oliver Mintslaf və səhmdar Mark Mateşits belə tələbləri dəstləkləmir.
Qeyri-rəsmi informasiyaya görə, Ferstappenin illik maaşı hazırda 55 milyon dollar təşkil edir. Qüvvədə olan müqavilə niderlandlının ilk çempionluğundan sonra imzalanıb. İndi isə niderlandlı pilotun təmsilçiləri belə hesab edir ki, dörd çempionluqdan sonra daha sərfəli şərtlərlə müqavilə imzalanmalıdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 15 İyul 2026 21:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















