Ferstappen “Red Bull”dan ayrılacaq?
Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Niderlandlı pilot narazılığını gizlətmədi.
“Formula-1” üzrə dünya çempionatının Bəhreyn mərhələsi “Red Bull” üçün uğursuz nəticələndi. Bu komandanın əsas pilotu, dördqat dünya çempionu Maks Ferstappen 6-cı, onun tərəfdaşı Yuki Sunoda 9-cu yeri tutdu.
Bəhreyn mərhələsindən sonra “Red Bull” rəhbərliyi təcili iclas keçirib. İclada komandanın rəhbəri Kristian Horner, texniki direktor Pyer Vaşe, həmçinin avtoidman üzrə müşavir Helmut Marko və baş mühəndis Pol Monaqan iştirak edib.
Yeri gəlmişkən, Ferstappen idarə etdiyi maşından narazı qalıb:
“Tempimiz çox zəif idi. Yarışın bizim üçün belə pis alınacağını heç cür gözləmirdim. İşlər planlaşdırdığımız kimi getmədi. 6-cı yer bu gün üçün maksimum nəticəmizdi. Hələ də əyləc problemi yaşayıram – onlar mənə lazım olan kimi işləmir. Təkərlər hədsiz çox qızmışdı, əyləcləmə zamanı, demək olar ki, maşını hiss etmirdim”.
İş ondadı ki, Bəhreyndə finişə altıncı çatan Ferstappen hazırda Corc Rasselli cəmi 6 xal qabaqlamaqla məhz elə 3-cü pillədə qərarlaşıb. Vəziyyət pisləşərsə, niderlandlı komandasını dəyişmək planlarını gerçəkləşdirə bilər. Onun üz tutacağı komandalardan biri “Mersedes”di.
Rassellin bu komanda ilə müqavilə müddəti cari mövsümün sonunda bitəcək, yəni yer boşalacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 23 Aprel 2025 21:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















