Icma.az
close
up
RU
“Referans klinikalarında tələbələr üçün çek ap müayinə ödənişsiz oldu

“Referans klinikalarında tələbələr üçün çek ap müayinə ödənişsiz oldu

Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.

TİF-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, sənədi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və “Referans Medical Group”un direktoru Elgiz Dadaşov imzalayıblar.

İdarə Heyətinin sədri Elnur Nəsibov çıxış edərək Fond tərəfindən həyata keçirilən layihələr haqqında məlumat verib. Elnur Nəsibov vurğulayıb ki, TələbəPlus layihəsi bütün ölkə üzrə tələbələrin eyni güzəşt və endirimlərdən yararlanmalarını təmin etmək, eyni zamanda onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıyır. Sədr bu təşəbbüsün tələbələrin sağlamlıqla bağlı ehtiyaclarını qarşılamaq üçün yeni imkanlar yaratdığını və onların həyat keyfiyyətinin artırılmasına dəstək olduğunu bildirib. Qeyd olunub ki, bu əməkdaşlıq çərçivəsində tələbələr təkcə təhsil deyil, həm də sağlamlıq baxımından mühüm imkanlar əldə edirlər.

“Referans Medical Group”un direktoru Elgiz Dadaşov şirkətin tələbələrin rifahına töhfə vermək üçün daim yeni təşəbbüslər həyata keçirdiyini diqqətə çatdırıb. Tələbələrin sağlamlığının həmişə prioritet olduğunu bildirən direktor, Təhsilin İnkişafı Fonduna təşəkkürünü edib və bu əməkdaşlıq vasitəsilə tələbələrin “Referans Medical Group”un təqdim etdiyi güzəşt və fürsətlərdən yararlana biləcəklərini vurğulayıb.

İmzalanmış müqaviləyə əsasən tələbələr TələləPlus kartı ilə “Referans Medical Group”un ölkə üzrə bütün filiallarında təqdim olunan tibbi xidmətlər üçün 10% endirim əldə edə biləcəklər. Eyni zamanda, tələbələr Bakıda yerləşən bütün filiallarda ildə bir dəfə olmaqla ödənişsiz çek-ap müayinəsindən yararlanmaq imkanı əldə edirlər.

Çek-ap-a aşağıdakı xidmətlər daxildir:

• Terapevt müayinəsi

• Görmənin yoxlanması

• Boy, çəki, bədən kütlə indeksi monitorinqi

• Ağciyərlərin rentgen müayinəsi

• Qarın boşluğu USM

• Qanın ümumi analizi

Qeyd: Çek-ap müayinəsi ilə bağlı öncədən qeydiyyat mütləqdir və çağrı mərkəzi ilə *0033 nömrəsi vasitəsilə əlaqə saxlanılmalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 30 Yanvar 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri