Icma.az
close
up
RU
Region böyük təhlükə ilə ÜZÜZƏ İran nüvə silahını ƏLDƏ EDƏRSƏ...

Region böyük təhlükə ilə ÜZÜZƏ İran nüvə silahını ƏLDƏ EDƏRSƏ...

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Rəsmi Tehran Rusiyadan nüvə texnologiyası və hava müdafiə sistemləri əldə etmək üçün danışıqlar aparır.
“London Times" nəşrinin məlumatına görə, İran nümayəndəsi Əli Laricani son vaxtlar Moskvaya tez-tez səfərlər edərək Rusiya ilə nüvə texnologiyası və hava müdafiə sistemlərinin tədarükünü müzakirə edir. Bu addımlar aydın məsələdir ki, İranın hərbi gücünü artırmaq və regiondakı təsirini genişləndirmək məqsədilə atılır.
 

MÖVZU İLƏ BAĞLI:
İran nüvə silahı əldə edib? - Nazir AÇIQLADI


Nəşrin məlumatına əsasən, İran nüvə silahı istehsalına çox yaxınlaşıb. Tehran, bu istiqamətdə qalan çatışmazlıqları qısa müddətdə Rusiyadan tədarük etməyə çalışır. Bundan əlavə, İran Prezidenti Pezeşkian yanvarın 17-də Moskva səfəri və Putinlə görüşü çərçivəsində iki ölkə arasında hərbi, iqtisadi və nüvə sahələrində əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə ediləcək.
Belə görünür, İran sözün həqiqi mənasında nüvə silahı üçün lazım olan komponentləri əldə etməyə yaxındır və bunu da Moskvanın köməyilə etməyə çalışır.
Bəs görəsən, İranın nüvə silahı əldə etməsi dünya siyasətini necə dəyişəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Yusif Bağırzadə bildirir ki, İranın nə vaxtsa nüvə dövlətinə çevrilmə ehtimalını tamamilə istisna etmək olmaz:
“İran əslində olduqca uzun müddətdir ki, uranın zənginləşdirilməsi istiqamətində aktiv fəaliyyət aparır. Hələ keçən əsrin 50-ci illərindən İran ciddi şəkildə nüvə texnologiyası ilə maraqlanıb və atomdan  dinc məqsədlər üçün  yararlanmaq işində ABŞ ona texniki dəstək də verib. 1967-ci ildə Tehranda 5 meqavat gücündə kiçik reaktoru olan Tehran Nüvə Tədqiqatı Mərkəzinin fəaliyyətə başladığı da məlumdur.
1976-cı ildə İran uranın zənginləşdirilməsi üzrə Avropa qaz diffuziyası konsorsiumuna Fransada inşa etməkdə olduğu Trikastin atom elektrostansiyasının on faizli səhmi üçün 1 milyard dollar ödəmiş, eləcə də Cənubi Afrikadan sarı uran almaq üçün 700 milyon dollarlıq müqavilə imzalamışdı. Nəticədə 1980-ci ilə qədər İran nüvə sahəsi üzrə xeyli məsafə qət etməyə nail olub”.
İranın nüvə proqramı niyə təxirə düşdü?
“1980-ci ildə İraqla İran arasında 8 il davam edən müharibə hər iki dövlətin iqtisadi və hərbi potensialını zəiflətdi. Nəticədə İran ağır iqtisadi çətinliklər ucbatından bir müddət atom enerjisi proqramlarını dayandırmalı oldu. 2000-ci ildən etibarən isə yenidən bu istiqamətdə fəaliyyətini bərpa edib.
2002-2015 illərdə dünyanın ən inkişaf etmiş ölkələrində İranın nüvə sənayesi geniş müzakirələrə və sanksiyaların tətbiqinə səbəb oldu. Tətbiq olunan sanksiyaların qaldırılmasına çalışan İran 2015-ci ilin iyulunda 5+1 formulu əsasında beş dövlətlə ortaq geniş çalışma planı üzrə müqavilə bağladı. Belədə İran 20 il müddətində müəyyən edilmiş miqdarı keçməmək və atom enerjisindən  dinc məqsədlərlə istifadə etmək barədə öhdəlik götürdü. Lakin Trampın birinci dəfə hakimiyyətə gəlişilə ABŞ həmin müqavilədən çıxdı. 
İndi ABŞ, NATO, Avropa Birliyinə daxil olan bir çox dövlətlər iddia edir ki, İran nüvə silahının yaradılmasına yaxınlaşıb. Düzdür, İsrailin İranın nüvə sənayesinə hədəflənmiş raket hücumları Tehranı bu istiqamətdə xeyli geri saldı, amma təhlükə hələ də qalmaqda davam edir”.
İran nüvə silahı əldə edərsə...
Politoloqun fikrincə, İran nüvə silahına yiyələnərsə, ətraf regionlarda geopolitik tarazlığı öz xeyrinə dəyişmək imkanı qazanacaq:
“Bu da bütün dünya, eləcə də İran ətrafı regionlar üçün olduqca ciddi təhlükə xarakteri daşıyır. Bu halda güc balansı İranın tərəfinə keçə bilər. Ona görə də Qərb siyasi dairələri İrana nüvə silahı əldə etmək imkanı vermək istəmir və onun qarşısını almaq istiqamətində cəhdlər göstərirlər. Əgər İran bu istiqamətdə geri addımlar atmasa yaranmış vəziyyət təbii olaraq İrana qarşı sərt tədbirlərin görülməsinə səbəb olacaq”.
Rüfət Sultan, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://bizim.media
archiveBu xəbər 15 Yanvar 2025 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri