Icma.az
close
up
RU
Region məktəblərində infrastrukturun zəif olması bəzi fənlərin tədrisinə əngəllər yaradır

Region məktəblərində infrastrukturun zəif olması bəzi fənlərin tədrisinə əngəllər yaradır

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Orta məktəblərdə laboratoriyaların yaradılması təhsilin keyfiyyətinin yüksəldilməsi və şagirdlərin praktiki biliklər qazanması baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə Azərbaycanda orta məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilsə də, laboratoriyaların bütün məktəblərdə müasir tələblərə cavab verəcək səviyyədə qurulmasına hələ də ehtiyac var. Bu prosesdə dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Belə təcrübə bir çox ölkələrdə uğurla tətbiq olunur və müsbət nəticələr verir. Azərbaycanda da bu yanaşmanın tətbiqi təhsilin inkişafına mühüm töhfə ola bilər. Çünki məktəblərdə laboratoriyaların yoxluğu və maddi-texniki təminatın zəifliyi bəzi fənlərin praktiki tədrisi zamanı bir çox problemlərə gətirib çıxarır. Xüsusən region məktəblərində müvafiq fənlər üzrə müasir laboratoriyaların, zəruri infrastrukturun - misal üçün kimya fənni üzrə kimya laboratoriyalarının, informatika fənni üzrə kompüter avadanlıqlarının, idman fənni üzrə qapalı idman zallarının və qurğularının olmaması bu fənlərin tədrisində ciddi problemlər yaradır.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov İqtisadiyyat.az-a açıqlamasında öz fikirlərini bölüşüb. Bu sahədə dövlət-özəl tərəfdaşlığına ciddi ehtiyac olduğunu söyləyən deputat bildirib ki, ölkəmizdə bununla bağlı yeni yanaşmalar tətbiq edilməlidir.

Onun sözlərinə görə, bu gün dünyada gedən prosesləri təhlil edəndə məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldığı müşahidə olunur. Bu gün Azərbaycanda da bu istiqamətdə bir çox işlərin görüldüyünü xatırladan deputat bununla yanaşı hələ də yaxşı vəziyyətdə olmayan məktəblərdən də söz açıb:

"Ümumi infrastruktur baxımından Azərbaycan məktəbləri çox yaxşıdır və deyə bilərik ki, bu gün bu infrastrukturla bağlı dövlət tərəfindən bütün addımlar atılır. Amma bütün bunlarla yanaşı, qeyd etməliyik ki, ölkəmizdə təxminən 400-ə yaxın məktəbin vəziyyəti yaxşı deyil. Ümumilikdə isə yeni məktəblərdə sistem kabinetlər, otaqlar, peşəyönlü digər işlər görülür. Bütövlükdə bütün məktəblərdə laboratoriya ilə bağlı işlərə daha çox önəm verməliyik. Çünki bu, olduqca vacib bir məsələdir. Yəni laboratoriyaların fəaliyyəti, onların işinin düzgün qurulması məsələsi var və bu gün qeyd etdiyim kimi, bu istiqamətdə işlər görülür".

C.Məmmədov bu mənada hesab edir ki, təhsil müəssisələrində maddi-texniki bazasının gücləndirilməsi naminə dövlət-özəl əməkdaşlığı məsələsi nəzərdən keçirilə bilər: "Yəni bu gün dünyada bu istiqamətdə çox böyük layihələr və böyük işlər həyata keçirilir və müsbət nəticəyə yönəlmiş uğurlu addımlar atılır. Biz də bu istiqamətdə müəyyən addımların atılmasını nəzərdən keçirə bilərik. Çünki bu, çox vacib və həllini gözləyən bir məsələdir. Ona görə hesab edirəm ki, bu istiqamətdə ciddi addımlar və ciddi tədbirlər görülərsə, bu, prosesə öz töhfəsini verə bilər".

Təhsil eksperti Şahmar Bayramov İqtisadiyyat.az-a açıqlamasında söyləyib ki, xüsusən region məktəblərində zəruri infrastrukturun mövcud olmaması bəzi fənlərin praktiki tədrisində müxtəlif əngəllər yaradır. 

O, misal olaraq əksər məktəblərdə kimya fənni üçün zəruri olan labaratoriyaların, idman fənni üçün zəruri olan zalların, informatika fənni üçün zəruri olan kompüter otaqlarının vacibliyini qeyd edib. 

Ekspert bildirib ki, kimya təhsili şagirdlərin analitik düşüncəsinin inkişafı, laboratoriya bacarıqlarının formalaşması və elmi təfəkkürün güclənməsi baxımından çox önəmlidir: "Lakin bir çox orta məktəblərdə müasir kimya laboratoriyalarının olmaması ciddi bir problemdir. Bu, şagirdlərin yalnız nəzəri biliklərlə kifayətlənməsinə, praktiki bacarıqların formalaşmamasına və elmi marağın azalmasına səbəb olur".

Məsələnin həll yolları haqqında danışan ekspert hesab edir ki, bu istiqamətdə həyata keçirilən tədbirlərlə məktəblər dövlət-özəl sektorunun birgə layihələri çərçivəsində zəruri idman qurğuları, kompüter, laboratoriya və digər avadanlıqlarla təmin edilməlidir:

"Digər məsələ məktəblərdə kimya fənninin praktiki tədrisi üçün modulyar və kiçik laboratoriyaların yaradılmasıdır. Bütün məktəblərdə böyük laboratoriyalar qura bilməsək də, modul tipli kiçik laboratoriyalar və portativ laboratoriya dəstləri ilə praktiki təcrübələr aparmaq mümkündür. Həmçinin rəqəmsal və virtual laboratoriyalardan istifadənin vacibliyi məsələsi də aktualdır. VR və simulyasiya proqramları ilə şagirdlər kimyəvi reaksiyaları təhlükəsiz və interaktiv şəkildə öyrənə bilərlər".

Ş.Bayramov vurğulayıb ki, məktəblərdə laboratoriyaların təşkili və maddi-texniki təminatın artırılması gələcək nəsillərin elmi təfəkkürünün inkişafına və ölkənin elmi potensialının güclənməsinə birbaşa təsir göstərəcək.

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 03 Noyabr 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see235

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see234

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see225

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see225

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see204

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see199

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see198

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see185

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see185

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see181

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see176

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see172

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see166

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see164

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see162

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see159

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see151

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see149

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see148

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri