Agentlik: Əmək münasibətlərində bürokratik əngəllər aradan qaldırılıb
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Müxtəlif dövlət qurumlarının məlumat bazalarının inteqrasiyası nəticəsində işə qəbul, məşğulluq imkanlarının təmin edilməsi və əmək münasibətlərində bürokratik əngəllər aradan qaldırılıb.
“APA-Economics” xəbər verir ki, bunu “Əmək münasibətləri, əməyin mühafizəsi və insan resursları ekoloji, sosial və korporativ idarəetmə yanaşmasının əsas istiqamətlərindən biri kimi” mövzusunda konfransda çıxışı zamanı Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Nərmin Mirzəyeva deyib.
Sədr müavini qeyd edib ki, artıq məhkumluqla bağlı arayışlar işəgötürən tərəfindən inteqrasiya olunmuş elektron sistem vasitəsilə əldə edilir.
“Yaxın günlərdə Səhiyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində xəstəlik vərəqələrinin elektronlaşdırılması da planlaşdırılır. Bu yeniliklər yalnız iş proseslərini sürətləndirmir, həm də kağız sərfiyyatını azaltmaqla ekoloji mühitin qorunmasına mühüm töhfə verir” - Nərmin Mirzəyeva əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 23 Dekabr 2024 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















