Icma.az
close
up
RU
Regional güc mərkəzi formalaşır: Azərbaycan Mərkəzi Asiya dialoqu

Regional güc mərkəzi formalaşır: Azərbaycan Mərkəzi Asiya dialoqu

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

“Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında olan dialoq son illər ərzində nəzərəçarpacaq dərəcədə inkişaf etməyə başlayıb”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Ekspert vurğulayıb ki, burada yalnız ikitərəfli deyil, həm də çoxtərəfli dialoqdan söhbət gedir və bu, hər iki tərəf üçün mühüm üstünlüklər yaradır:

“Son illərdə Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında ticarət əlaqələri genişlənib. Orta hesabla, bu ölkələr arasında ticarət dövriyyəsi 1,5 milyard dolları aşır. Lakin bu rəqəm əlaqələrin real potensialını tam əks etdirmir. Bu səbəbdən tərəflər qarşılıqlı investisiya layihələri həyata keçirmək niyyətindədirlər. Niyə bu vacibdir? Çünki həm Mərkəzi Asiya, həm də bizim regionumuz xarici dövlətlər və beynəlxalq güc mərkəzləri üçün artan maraq doğurur. Bu maraqları qarşılamaq üçün birgə səylər vacibdir. Region ölkələri anlayır ki, bu maraqlara təkbaşına cavab vermək çətindir, çünki hər bir güc mərkəzinin öz geosiyasi maraqları və tələbləri var. Buna görə də öz suveren hüquqlarımızı qorumaq, iqtisadi və siyasi potensialı gücləndirmək üçün regional koordinasiya zəruridir”.

İlqar Vəlizadə:  Region ölkələri anlayır ki, bu maraqlara təkbaşına cavab vermək çətindir

İ.Vəlizadə qeyd edib ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri bir-birini logistik tərəfdaş kimi görür:

“Bu əməkdaşlıq getdikcə möhkəmlənir. Yeni layihələr hazırlanır, o cümlədən nəqliyyat layihələri regionda yol və dəhlizlərin yaradılmasını sürətləndirir. Bu layihələr uzunmüddətli dövrdə hər bir ölkənin maraqlarına uyğundur. Zəngəzur dəhlizinin yaradılması da bu əməkdaşlığın mühüm tərkib hissəsidir. Bu dəhliz təkcə Azərbaycan üçün deyil, Mərkəzi Asiya ölkələri üçün də strateji əhəmiyyət daşıyır. Xüsusilə Yaxın Şərq və Aralıq dənizinə çıxış imkanları baxımından. Bütün bu proseslər onu göstərir ki, regionda yeni geosiyasi və geoiqtisadi mənzərə formalaşır. Bu mənzərənin formalaşmasında həm Azərbaycanın, həm də Mərkəzi Asiya ölkələrinin rolu əvəzsizdir və bu əlaqələrin alternativi yoxdur”.

Analitik əlavə edib ki, Mərkəzi Asiya ölkələrinin əksəriyyəti türk dövlətləridir:

“Bu əməkdaşlıq formatı türk ölkələrinin inteqrasiyasına da güclü təkan verir. Qeyd edək ki, bu formatda Türkiyə birbaşa yer almasa da, onun maraqları Azərbaycanın iştirakı ilə dolayı yolla təmsil olunur. Azərbaycan və Türkiyənin xarici siyasətləri bir-birini tamamlayır, biri olmadığı formatda digəri onun maraqlarını təmsil edir. Beləliklə, bu platforma həm regional əməkdaşlığın dərinləşməsi, həm də türkdilli ölkələrin birliyinin möhkəmlənməsi üçün ciddi əhəmiyyət daşıyır”.

Aydın Baxış

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:186
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 13 Yanvar 2026 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri