Icma.az
close
up
RU
Regional təhlükəsizlik artıq TDT gündəmində əsas yer tutur Azər Allahverənov

Regional təhlükəsizlik artıq TDT gündəmində əsas yer tutur Azər Allahverənov

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının 12-ci zirvə görüşü kifayət qədər əhəmiyyətli və eyni zamanda əlamətdar bir hadisədir. Son illər ərzində keçirilən zirvə görüşləri əsasən Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında inteqrasiya əlaqələrinin, xüsusilə də iqtisadi sahədə formalaşmaqda olan münasibətlərin inkişaf etdirilməsinə yönəlmiş məsələlərin müzakirəsinə həsr olunurdu. Lakin 2021-ci ildən etibarən təhlükəsizlik məsələləri də xüsusi diqqət mərkəzində saxlanılmalı olan bir məsələ kimi ön plana çıxıb. Çünki 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın Cənubi Qafqaz bölgəsində yaratdığı yeni siyasi reallıq yalnız işğaldan azad edilmiş ərazilərlə bağlı deyil, həm də sülh gündəliyinin formalaşdırılması üçün əlverişli bir zəmin yaradıb. Azərbaycan bu şəraitdən istifadə edərək, Cənubi Qafqaz bölgəsi üzərindən bir sıra inteqrasiya layihələrinin reallaşdırılması istiqamətində danışıqlara başlayıb. Bu danışıqlar çərçivəsində əsasən nəqliyyat dəhlizlərinin işə salınması və digər komponentlər üzrə vacib inteqrasiya layihələri formalaşıb və həyata keçirilməyə başlanıb. Bu layihələr, əslində, Mərkəzi Asiya respublikalarını Cənubi Qafqaz respublikaları ilə əlaqələndirərək, bu vektor üzərindən qərbə doğru strateji əhəmiyyət daşıyan təbii resursların və beynəlxalq yüklərin daşınması üçün əlverişli əməkdaşlıq mühiti yaradıb".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov Türk Dövlətləri Təşkilatının 12-ci zirvə görüşünün növbəti dəfə Azərbaycanda keçirilməsinin əhəmiyyətindən danışarkən bildirdi.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın Cənubi Qafqaz bölgəsində yaratdığı yeni siyasi reallıq istər Cənubi Qafqaz bölgəsində, istərsə də Mərkəzi Asiya dövlətlərinin coğrafiyasında təhlükəsizlik məsələlərini ön plana çıxarıb:

"Məhz bu səbəbdən 2021-ci ildən etibarən təhlükəsizlik mövzusu Türk Dövlətləri Təşkilatının Zirvə toplantılarının gündəliyinə daxil edilib. Qeyd etmək lazımdır ki, 2021-ci ilin oktyabr ayında keçirilmiş 8-ci zirvə görüşündə “Türk Dünyasına Baxış - 2040” adlı vacib strateji sənəd qəbul olunub. Bu sənəd 20 illik dövr üçün təşkilatın inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, təqribən 20 əsas istiqaməti əhatə edir və strateji əlaqələrin inkişafı üçün konkret vəzifələri təsbit edir. Bu gün biz müşahidə edirik ki, həmin sənəddə yer alan məsələlər – iqtisadi, siyasi, ticarət, humanitar, mədəni və hərbi sahələrdə əməkdaşlığın gücləndirilməsi artıq real fəaliyyət planlarına çevrilməkdədir. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan bu istiqamətdə fəal şəkildə iştirak edir, iki və çoxtərəfli mühüm sənədlər imzalayırlar. Bu prosesdə Şimali Kipr Türk Cümhuriyyəti, Türkmənistan və Macarıstan kimi müşahidəçi statusunda olan ölkələr də son illərdə aktiv şəkildə iştirak etməkdədir. Bütün bunlar onu göstərir ki, regional təhlükəsizlik Türk Dövlətləri Təşkilatının əsas prioritetlərindən birinə çevrilib".

Deputat əlavə etdi ki, regional təhlükəsizliyin təmin olunması, daxili və xarici təhdidlərə qarşı adekvat cavab verilməsini, eləcə də həyata keçirilən inteqrasiya layihələrinin davamlılığının qorunmasını tələb edir:

"Məhz bu səbəbdən Qəbələdə keçirilən bugünkü zirvə görüşü “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunub. Əgər dünənə qədər bu mövzu sadəcə aktual idisə, bu gün artıq regional təhlükəsizliyin təmin olunması amili müzakirələrin mərkəzinə çevrilib. Eyni zamanda Azərbaycanın təşəbbüsü ilə irəli sürülən sülh gündəliyi də bu kontekstdə xüsusi yer tutur. Çünki regional təhlükəsizlik bütövlükdə sülhə və sülhün qorunmasına xidmət edir. Bu yanaşma, eyni zamanda, Türk Dövlətləri Təşkilatının inkişaf strategiyasının uğurla həyata keçirilməsini şərtləndirir".

Müsahibimizin sözlərinə görə, bugünkü görüş çərçivəsində TDT-nin daha da institusional inkişafı, təşkilatın müxtəlif strukturları vasitəsilə strateji tərəfdaşlıq imkanlarının genişləndirilməsi, Türkmənistan və Macarıstanın bu prosesdə artan rolu və Azərbaycan–Özbəkistan–Türkmənistan əməkdaşlıq vektorunun fəallaşması xüsusi əhəmiyyət daşıyır.

"Zirvə toplantısında hərbi əməkdaşlıq, xaricdən qaynaqlanan təhdidlər və regiona yönəlik mümkün təhlükələrə qarşı ortaq yanaşmalar müzakirə olunub. Bu, təşkilatın öz coğrafi ərazisini səmərəli əməkdaşlıq mühitinə çevirmək hədəfi ilə birbaşa əlaqəlidir. Qeyd edilməlidir ki, bu məqsədlər qətiyyən hansısa dövlətə və ya regiona qarşı yönəlməmiş, əksinə ümumi rifaha xidmət edən məqsədlərdir. TDT-nin fəaliyyət istiqamətləri, Şərqlə Qərbi, Şimalla Cənubu əlaqələndirən nəqliyyat və enerji dəhlizləri, təbii resursların daşınmasında yaratdığı imkanlar təşkilatın böyük potensialını ortaya qoyur. Nəticə etibarilə, bu gün Qəbələdə keçirilən 12-ci Zirvə Görüşü Türk Dövlətləri Təşkilatının qlobal və konseptual baxış bucağını, 2040-cı ilə qədər inkişaf istiqamətlərini və region üçün strateji əməkdaşlıq xəttini müəyyən edən mühüm bir platformaya çevrilib", - deyə Azər Allahverənov sonlandırdı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Oktyabr 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see165

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see135

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri